...

Bakının bu ərazilərində olan evlər qeydiyyata alınır

Cəmiyyət Materials 31 Avqust 2020 14:44 (UTC +04:00)
Bakının bu ərazilərində olan evlər qeydiyyata alınır

Bakı. Ceyhun Ələkbərov - Trend:

Mənzillərin qeydiyyatı üçün növbəti səyyar sənəd qəbulu keçiriləcək.

Bu barədə Trend-ə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsindən bildiriblər.

İstismarına icazə verilmiş yeni çoxmənzilli binalardakı mənzillər üçün "Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol" kampaniyası çərçivəsində növbəti səyyar sənəd qəbulu sentyabrın 2-də Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi,196, 3159-cu məhəllə ünvanında, sentyabrın 4-də isə Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi, 2944A ünvanında keçiriləcək.

Qeyd edək ki, iyulun 24-dən bərpa olunan səyyar sənəd qəbulu prosesi çərçivəsində artıq on ünvanda səyyar sənəd qəbulu aparılıb. Vətəndaşların mənzillərə aid mülkiyyət hüququnu təsdiq edən sənədin (çıxarışın) hazırlanması 15 iş günü ərzində təmin edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti