...

Bu ildən valideyn himayəsindən məhrum olan abituiriyentlərin də təhsil haqları dövlət tərəfindən ödəniləcək

Cəmiyyət Materials 8 Sentyabr 2020 15:42 (UTC +04:00)
Bu ildən valideyn himayəsindən məhrum olan abituiriyentlərin də təhsil haqları dövlət tərəfindən ödəniləcək

Bakı. İlhamə İsabalayeva – Trend:

Əvvəl yalnız qaçqın və məcburi köçkünlərin təhsil haqları dövlət tərəfindən ödənilirdi. Bu il isə valideyn himayəsindən məhrum olan abituiriyentlərin də təhsil haqları dövlət tərəfindən ödəniləcək.

Trend-in məlumatına görə, bunu bu gün keçirdiyi mətbuat konfransında Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, həmin kateqoriyadan olan tələbələr ödənişli yerlərə qəbul edildikdə onlar təhsil haqqının dövlət hesabına ödənilməsi üçün ali məktəbə müraciət edə bilərlər.

M.Abbaszadə qeyd edib ki, sosial güzəştlərin edilməsi DİM-in səlahiyyətində deyil: “Bununla bağlı qərarlar hökumət tərəfindən verilir. Biz bu qərarları yalnız icra edirik”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti