...

Azərbaycanda bu il yeni doğulan körpәlərin sayı açıqlanıb

Cəmiyyət Materials 15 Sentyabr 2020 17:14 (UTC +04:00)
Azərbaycanda bu il yeni doğulan körpәlərin sayı açıqlanıb

Bakı. Elçin Mehdiyev – Trend:

Bu ilin yanvar-iyul ayları әrzindә Әdliyyә Nazirliyinin rayon (şәhәr) qeydiyyat şöbәlәri tәrәfindәn 70 390 yeni doğulan körpә qeydә alınıb.

Trend-in məlumatına görə, әhalinin hәr 1000 nәfәrinә bu göstәrici 12,1 tәşkil edib.

Doğulanların 53,3 faizi oğlan, 46,7 faizi isә qız uşaqlarıdır. Körpәlәrdәn 1896-sı әkiz, 69-u isә üçәmdir.

Son aylarda Azərbaycanda yeni doğulan körpələrdə oğlan uşaqlarının faiz nisbəti artmaqdadır. Belə ki, bu ilin yanvar-aprel ayında doğulanların 53,1 faizi oğlan, 46,9 faizi qız uşaqları, yanvar-may aylarında doğulanların 53,2 faizi oğlan, 46,8 faizi isə qız uşaqları olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti