Bakı. Elçin Mehdiyev – Trend:
Hazırda biz beynəlxalq təşkilatlarla, özəl sektorla işimizi gücləndirməliyik.
Trend-in məlumatına görə, bu barədə Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov deyib.
Nazir müavini bildirib ki, TİKA ilə bizim artıq ilkin görüşlərimiz olub: “Onların bu sahədə maliyyə və təcrübələri var. Özəl sektoru bura cəlb etmək üçün güzəştlərin edilməsi üzərində işləməliyik”.
A.Kərimov əlavə edib ki, bərpaya ehtiyacı olan abidələrimiz çoxdur: “Biz bunun hamısını məhdud maliyyə resursları vasitəsilə ilə reallaşdıra bilmərik”.