...

Hərbi salamla məşhurlaşan Eltonun atası: Onun hərbiyə həvəsi körpə vaxtlarından var (FOTO)

Cəmiyyət Materials 21 Sentyabr 2020 12:47 (UTC +04:00)
Hərbi salamla məşhurlaşan Eltonun atası: Onun hərbiyə həvəsi körpə vaxtlarından var (FOTO)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Eltonun körpə vaxtlarından hərbiyə böyük marağı var.

Bunu Trend-ə Qazaxda yolla hərəkət edən Dövlət Sərhəd Xidmətinin kortecini hərbi salamı ilə qarşılayan məktəbli Elton Hacızadənin atası Xıdır Hacızadə deyib. Onun sözlərinə görə, Eltonun hərbi salam verən yerdə çəkilən fotosu yayıldıqdan bir qədər sonra Sərhəd Qoşunlarının general-mayoru Müzəffər Pirizadə məktəbli ilə görüşmək istəyib:

""N" saylı hərbi hissəyə kortec gedən zaman oğlum avtomobillərdə olan hərbiçilərə hərbi salam verib. Bu zaman kortecdə Sərhəd Qoşunlarının "Qazax" əlahiddə sərhəd diviziyasının komandiri general-mayor Müzəffər Pirizadə olub. Bu an görüntü fotoya alınıb, sonra sosial şəbəkələrdə yayılıb. Şəkil hər kəs tərəfindən çox maraq və fəxrlə qarşılanıb. Bir müddət sonra kortecdə olan generalımız bizimlə görüşmək istədi, məni və oğlumu hərbi hissələrdən birinə dəvət etdi və görüş baş tutdu".

X.Hacızadə əlavə edib ki, Elton hər zaman hərbiyə böyük maraqı ilə seçilib. Bibisinin hərbçi olan həyat yoldaşı ilə söhbət edir, ondan bir növ ilham alır: "Elə biz də bu marağı gördüyümüzdən Eltonu Cəmşid Naxçıvanski adına liseyə və yaxud Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbinə göndərmək niyyətindəyik".

Eltonun hazırda təhsil aldığı Daş Salahlı kənd Araz Əmilov adına 1 saylı tam orta məktəbin direktoru Söylü Xəlilova da məktəbli barədə müsbət fikirlərini bölüşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti