...

Daha 9 şagirddə koronavirus aşkarlandı

Cəmiyyət Materials 1 Oktyabr 2020 16:57 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

Təhsil Nazirliyi orta məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı son vəziyyəti açıqlayıb.

Nazirlikdən Trend-ə bildirilib ki, sentyabrın 30-da 25 şagirdin hərarəti 37 dərəcədən yuxarı olub.

Daha 9 şagird və 8 işçidə koronavirus aşkarlanıb.

Distant təhsilə keçirilmiş məktəblərin sayı 1, siniflərin sayı 3 olub.

Ümumilikdə indiyədək distant təhsilə keçirilmiş məktəblərin sayı 1, siniflərin sayı 22 olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti