Bakı. Ceyhun Ələkbərov - Trend:
Azərbaycan ordusu ermənilərin təxribat və hücumlarına cavab olaraq, əks-hücum əməliyyatları həyata keçirir, indiyədək bir sıra ərazilərimiz işğaldan azad edilib. Ciddi itkilər verən, döyüş xəttində uduzan və panikaya düşən ermənilər sosial şəbəkələrdə təxribat xarakterli növbəti səs yazısı yayıb.
Trend-in məlumatına görə, audio yazıda Bakı və regionlarda yaşayan şəxslərin yaşayış məntəqələrini tərk edilməsi tələb olunur.
Bildiririk ki, bu cür "fake" məlumatlara inanmayın, yalnız rəsmi qurumlar tərəfindən elan edilən xəbərlərə etimad edin.