...

2040-cı ilə qədər Bakı əhalisinin 3,17 milyon nəfərə çatacağı gözlənilir

Cəmiyyət Materials 9 Oktyabr 2020 15:39 (UTC +04:00)
2040-cı ilə qədər Bakı əhalisinin 3,17 milyon nəfərə çatacağı gözlənilir

Bakı. İlhamə İsabalayeva - Trend:

2040-cı ilə qədər Bakı şəhərinin əhalisinin 3,17 milyon nəfər təşkil edəcəyi proqnozlaşdırılır.

Trend-in məlumatına görə, bu, 2020-2040-cı illər üzrə 20 illik perspektiv dövrü əhatə edən Bakı şəhərinin Baş Planında qeyd edilib.

Plana əsasən, Bakı şəhərinin 2040-cı ilə olan əhali proqnozunun verilməsi üçün ümumilikdə yeddi fərqli ssenari üzərində təhlil aparılmışdır. Müxtəlif riyazi modellər və fərqli hesablama yanaşmalarının tətbiqi ilə aparılmış təhlillərə görə hesabat dövrü üçün şəhər əhalisinin 2,88 – 3,17 milyon nəfər arasında dəyişəcəyi müəyyən edilib.

Bakı şəhərinin Baş Planı çərçivəsində əhali artımı ssenariləri üzrə hesablama nəticələrinin ən yüksək həddi əsas götürülmüş və 2040-cı ilə qədər şəhər əhalisinin 3,17 milyon nəfər təşkil edəcəyi qəbul edilib.

01.01.2020-ci il tarixinə olan məlumata əsasən, Bakı şəhərinin əhalisi (qaçqın və məcburi köçkünlər/tələbələr daxil olmaqla) 2,63 milyon nəfərdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti