...

Hikmət Hacıyev: Ermənistanın ballistik raketi məhv edilib

Cəmiyyət Materials 14 Oktyabr 2020 08:29 (UTC +04:00)
Hikmət Hacıyev: Ermənistanın ballistik raketi məhv edilib

Bakı. Trend:

Ermənistan tərəfindən növbəti dəfə qəsdən planlaşdırılan və məqsədyönlü insan fəlakətinin qarşısı alınıb.

Trend xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter"dəki hesabında yazıb.

"Ermənistanın atışa hazır olan ballistik raketi Azərbaycanın işğal edilmiş Kəlbəcər rayonunun sərhəd zonasında start mövqeyində məhv edilib. Xeyli dinc sakinin həyatı xilas olunub", - deyə Azərbaycan Prezidentinin köməkçisi əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti