...

Tərtərdə qəbirstanlıqda ölən və yaralananların adları məlum oldu

Cəmiyyət Materials 15 Oktyabr 2020 14:43 (UTC +04:00)
Tərtərdə qəbirstanlıqda ölən və yaralananların adları məlum oldu

Tərtər. Samir Əli - Trend:

Ermənistan silahlı qüvvələrinin qəbirstanlıqda dəfn mərasimini atəşə tutması nəticəsində ölən və xəsarət alanların adları məlum olub.

Trend-in cəbhə bölgəsində olan müxbirinin verdiyi məlumata görə, hadisə nəticəsində Tərtər rayon sakinləri Məmmədov Füzuli Əli oğlu (1966), Əmirov Nofəl Yelmar oğlu (1968), Əmirov İskəndər Yelmar oğlu (1967), Allahverdiyev Elsevər Vəli oğlu (1979), Qənzənfərli Rafael Qəzənfər oğlu (1986) ağır xəsarət alıb.

Rayon sakinləri Rüstəmov Vasif Bahadur oğlu (1962), Orucov Pərviz Novruz oğlu (1989) və Zamanov Şakir Xasay oğlu (1988) hadisə yerində həlak olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti