...

Azərbaycanda 530 nəfər koronavirusa yoluxdu, 101 nəfər sağaldı, 3 nəfər vəfat etdi

Cəmiyyət Materials 15 Oktyabr 2020 15:07 (UTC +04:00)
Azərbaycanda 530 nəfər koronavirusa yoluxdu, 101 nəfər sağaldı, 3 nəfər vəfat etdi

Bakı. Trend:

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 530 yeni yoluxma faktı qeydə alınıb, 101 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 43 280 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 39 671 nəfər müalicə olunaraq sağalıb, 619 nəfər vəfat edib, aktiv xəstə sayı 2 990 nəfərdir.

Ölkədə son sutka ərzində 8 054, hazırkı dövrədək isə 1 201 924 test aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti