MDU-da “Rəqəmsal ödənişlərin tətbiqi yeni dövrün tələbidir” mövzusunda nəzəri-praktik seminar keçirilib (FOTO)

MDU-da “Rəqəmsal ödənişlərin tətbiqi yeni dövrün tələbidir” mövzusunda nəzəri-praktik seminar keçirilib (FOTO)

Bakı. Trend:

2020-ci ilin 23 oktyabr tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “Rəqəmsal ödənişlərin tətbiqi yeni dövrün tələbidir” mövzusunda nəzəri-praktiki seminar keçirilib.

MDU-dan Trend-ə bildirilib ki, “Kapital Bank” ASC Mingəçevir filialı ilə birgə “ZOOM” platforması üzərindən online formatda təşkil olunan seminarı giriş sözü ilə açan MDU-nun rektoru Şahin Bayramov, ilk növbədə, Ali Baş Komandanımızın güclü siyasi iradəsi və böyük qətiyyəti, müzəffər Azərbaycan Ordusunun rəşadəti sayəsində son günlər əldə edilmiş möhtəşəm qələbələr münasibətilə tədbir iştirakçılarını təbrik edib. Şanlı ordumuzun hər bir kənd, qəsəbə, şəhər və yüksəliklər uğrunda gedən şiddətli döyüşlərdə mənfur düşməni əzib keçərək, onlara sarsıdıcı zərbələr endirərək inamla irəlilədiyini bildirən rektor üçrəngli bayrağımızın tezliklə işğal altında olan bütün torpaqlarımızda dalğalanacağına əminliyini ifadə edib.
Sonra, seminarın mövzusunun aktuallığına toxunan Ş.Bayramov Azərbaycan Respublikasının Prezidentinin 26 sentyabr 2018-ci il tarixli müvafiq Sərəncamı ilə təsdiq edilmiş “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”ndan irəli gələn məsələlər haqqında ətraflı məlumat verib. Seminarın sözügedən Dövlət Proqramının icrası üzrə müvafiq Tədbirlər Planı çərçivəsində təşkil olunduğunu qeyd edən rektor Proqramın vətəndaş, biznes subyektləri və dövlət strukturları arasında nağdsız ödəniş mühitinin genişlənməsi, nağd dövriyyənin həcminin minimuma endirilməsi və nəticədə bank sektorunun maliyyə resursları bazasının gücləndirilməsi baxımından əhəmiyyətindən danışıb. Ölkədə rəqəmsal ödəniş xidmətlərinin institusional və hüquqi bazasının gücləndirilməsi, həmin xidmətlərin çeşidinin, keyfiyyətinin və tətbiq dairəsinin genişləndirilməsi istiqamətində görülən işlərdən bəhs edən Ş.Bayramov qlobal pandemiya şəraitində rəqəmsal ödəniş alətlərindən istifadənin aktuallığının əhəmiyyətli dərəcədə artdığını diqqətə çatdırıb.
Eyni zamanda, dördüncü sənaye inqilabı dövrü ilə əlaqədar olaraq cəmiyyət həyatının bütün sahələrində rəqəmsallaşmanın artırılması, o cümlədən rəqəmsal ödənişlərin tətbiqinin genişləndirilməsi üçün onların üstünlüklərini təbliğ edən müvafiq maarifləndirmə işlərinin aparılmasına ciddi ehtiyac olduğunu vurğulayan Ş.Bayramov seminarın əhəmiyyətini və gələcəkdə MDU-nun bu istiqamətdə fəaliyyətini davam etdirəcəyini qeyd edib.
Tədbirdə çıxış edən “Kapital Bank” ASC Mingəçevir filialının müdiri Elşən Qasımov MDU-nun tələbə, magistrant və professor-müəllim heyəti ilə görüşməkdən məmnun olduğunu bildirib. “Maliyyə xidmətlərinin genişlənməsində rəqəmsal ödənişlərin tətbiqinin rolu” mövzusunda təqdimatında E.Qasımov rəqəmsal ödənişlərin üstünlükləri, alətləri, “Kapital Bank” ASC-nin bu istiqamətdə müştərilərə yaratdığı imkanlar, göstərdiyi xidmətlər, məlumatların qorunması, əməliyyatların təhlükəsizliyi və digər məsələlər haqqında ətraflı məlumat verib.

Seminar MDU-nun “İqtisadiyyat” kafedrasının müəllimi Arif Kələşovun “Azərbaycan Mərkəzi Bankının fəaliyyətində innovativ ödəniş texnologiyaları” mövzusunda məruzəsi ilə davam edib. Rəqəmsal ödənişlərin və elektron xidmətlərin geniş tətbiqinin şəffaflığın təmin edilməsinə, “kölgə iqtisadiyyatı”nın aradan qaldırılmasına və iqtisadi artıma müsbət təsirini qeyd edən məruzəçi öz çıxışında müasir dövrdə rəqəmsal ekosistemin inkişafında Mərkəzi Bankın rolundan, Azərbaycanda blokçeyn texnologiyalarının tətbiqi və kriptovalyutalardan istifadə perspektivlərindən bəhs edib.

“Smart kart və onun üstünlükləri” mövzusunda çıxış edən MDU-nun “İnformasiya texnologiyaları” kafedrasınn müəllimi Şəbnəm Nəsirova smart kartların quruluşu və onların növləri haqqında məlumat verərək, respublikamızda smart kartlar vasitəsilə birbaşa ödəmə sistemlərinin inkişafı, təkmillədirilməsi və dünya ödəmə sistemlərinə inteqrasiyası barədə danışıb.

MDU-nun “İnformasiya texnologiyaları” kafedrasının müəllimi Nərmin Əhmədova “Elektron ticarətdə ödəniş sistemləri” mövzusunda çıxış edib. Müasir dövrdə elektron ödənişlərin internet-kommersiya və internet-bankçılığın inkişafı ilə geniş vüsət aldığını qeyd edən məruzəçi nağdsız ödənişlər zamanı müştəri məmnuniyyətinin artırılması, həmçinin bu ödənişlərin təhlükəsizliyinin təmin edilməsi istiqamətində ölkədə aparılan məqsədyönlü tədbirlər barədə ətraflı məlumat verib.

Seminarda mövcud vəziyyətlə əlaqədar kiberhücumların artdığı bir şəraitdə rəqəmsal təhlükəsizlik məsələləri, MDU və “Kapital Bank” ASC Mingəçevir filialı arasında əməkdaşlığın perspektivləri, o cümlədən rəqəmsal tətbiqlər vasitəsilə yeni əməkdaşlıq modellərinin qurulması imkanları və digər mövzularla bağlı müzakirələr aparılıb, tədbir iştirakçılarının çoxsaylı sualları cavablandırılıb.

AQTA pomidor istixanalarında fitosanitar monitorinqləri davam etdirir (FOTO)
AQTA pomidor istixanalarında fitosanitar monitorinqləri davam etdirir (FOTO)
XİN-in kollektivi “Nizami ili” çərçivəsinə Gəncə şəhərinə səfər edib (FOTO)
XİN-in kollektivi “Nizami ili” çərçivəsinə Gəncə şəhərinə səfər edib (FOTO)
Mətbuat Şurası və Yazıçılar Birliyi birgə toplantı keçirib (FOTO)
Mətbuat Şurası və Yazıçılar Birliyi birgə toplantı keçirib (FOTO)
Loading Bars
Xəbər lenti
Koronavirusun yeni ştammına "omikron" adı verildi
Bakı uğur gətirir - Dünya Yaş Qrupları Yarışlarının qızıl medalçısı
Türkiyə 5 ölkə üçün sərhədlərini bağladı
Meksikada ağır yol qəzası olub, çox sayda ölən və yaralanan var
Azərbaycan növbəti dəfə qarşısına qoyduğu məqsədlərə nail oldu - Soçi görüşünün TƏHLİLİ
XİN Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşünü şərh edib
Türkiyədə son sutkada koronavirusdan 25 341 nəfər sağalıb
Putin Rusiya Təhlükəsizlik Şurası ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşün nəticələrini müzakirə edib
Tanınmış mədəniyyət xadimləri Azərbaycan Televiziyasının “Oxuyur Vətən” layihəsi ilə bağlı fikirlərini bölüşüb
Azərbaycan və Ermənistan arasında sərhədin demarkasiyası üzrə ikitərəfli komissiya yaradılacaq
Prezident İlham Əliyev: Biz dəfələrlə açıq bildirmişik ki, delimitasiya prosesinə təxirə salınmadan başlamağa hazırıq
Putin Azərbaycan və Ermənistan arasında nəqliyyat kommunikasiyalarının açılmasından danışdı
Azərbaycan Prezidenti, Ermənistan baş naziri və Rusiya Prezidenti Bəyanat imzalayıblar (FOTO)
Prezident İlham Əliyev: Azərbaycan Qarabağ müharibəsindən sonra 100-dən çox əsiri İrəvana təhvil verib
Üçtərəfli İşçi Qrup gələn həftə Moskvada görüşəcək - Putin
Prezident İlham Əliyevin Soçi şəhərinə işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev: Soçidə qəbul edilən qərarlar Cənubi Qafqazda təhlükəsizliyə töhfə verəcək
Azərbaycan və Ermənistan sərhədlərin demarkasiyası və delimitasiyası mexanizmlərinin yaradılması barədə razılığa gəliblər - Putin
Tütün məmulatlarından istifadə ilə bağlı monitorinq keçiriləcək
AQTA pomidor istixanalarında fitosanitar monitorinqləri davam etdirir (FOTO)
Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Yaş Qrupu yarışlarının ikinci gününün qalibləri mükafatlandırılıb (FOTO)
Rusiya Prezidenti, Azərbaycan Prezidenti və Ermənistanın baş naziri mətbuata bəyanatla çıxış ediblər (FOTO/VİDEO) (YENİLƏNİB)
Rusiya idmançıları Bakıda batutla sinxron tullanmada qızıl medal qazanıblar
Bakıda Dünya Yaş Qrupu Yarışı: ABŞ gimnastları batutla sinxron tullanmada birinci yeri qazandılar
Alimlər koronavirusa qarşı dərmanın yaradılması üçün test sistemi hazırlayıb
Dünya Yaş Qrupu Yarışları: Qoşa mini-batutla tullanma üzrə bütün mükafatları Rusiya idmançıları qazanıb
Bakıda keçirilən Dünya Yaş Qrupu yarışı: Fransız gimnast qalib gəldi
XİN-in kollektivi “Nizami ili” çərçivəsinə Gəncə şəhərinə səfər edib (FOTO)
Əla hazırlıq və çətin elementlər - Dünya Yaş Qrupu Yarışlarının ikinci gününün ən maraqlı anları (FOTO)
Bakıda bir neçə marşrut xətti üzrə avtobusların hərəkəti müvəqqəti dəyişdirilir
Rusiya Prezidenti: Atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə mərkəzi fəal iş aparır
Azərbaycanda 2137 hərbi qulluqçunun mənzil növbəsinə qəbul olunması qərara alınıb
Rusiyalı gimnast kişilər arasında tamblinq proqramında qızıl medal qazanıb
Rusiyalı gimnast Bakıda Dünya Yaş Qrupu yarışlarında qoşa mini batutla tullanma proqramında birinci yeri tutub
Portuqaliyalı atlet Bakıda keçirilən Dünya Yaş Qrupu yarışında fərdi batutla tullanmada birinci yeri tutub (FOTO)
Bakıda dünya yaş qrupları üzrə yarış: Rusiya gimnastı batutla tullanmada qızıl medal qazanıb
Mətbuat Şurası və Yazıçılar Birliyi birgə toplantı keçirib (FOTO)
Vladimir Putin Prezident İlham Əliyevi səmimi qarşılayıb (VİDEO)
Şuşa Şəhəri Dövlət Qoruğunun mühafizə zonasının sərhədləri təsdiq edildi
“Nar” mobil rabitə bazarında müsbət inkişaf dinamikasını qoruyub saxlayır
Prezident İlham Əliyev: Azərbaycan tələbələrinin Rusiyada təhsil almaları üçün gözəl şərait yaradılıb
Prezident İlham Əliyev: Azərbaycan-Rusiya münasibətlərini strateji tərəfdaşların münasibətləri kimi səciyyələndiririk
Vladimir Putin: Regionda gələcək normal həyat üçün şərait yaradılır
Putin Rusiya Təhlükəsizlik Şurasının iclasını keçirəcək
Bakının bəzi ərazilərində hərəkət müvəqqəti məhdudlaşdırılacaq
COVID-19-la mübarizədə iştirak edən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadılıb
Prezidenti İlham Əliyev: Azərbaycan müharibənin nəticələrinin aradan qaldırılması işində maksimum konstruktivlik nümayiş etdirib
Azad olunan ərazilərdə tapılan daha bir erməni hərbçinin cəsədi Ermənistana təhvil verilib
Zakir Həsənov Qusarda şəhid ailələri ilə görüşüb (FOTO/VİDEO)
4 nəfərin ölümünə səbəb olan futbol klubunun sabiq prezidenti zərərçəkmişləri razı salıb - Məhkəmə
Ombudsmanın Quba Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib
Payız ağac əkini başlayandan bu günədək 560 minə yaxın ağac əkilib (FOTO)
Təhsil Nazirliyi yanında İctimai Şuraya üzvlərin seçimi yekunlaşıb (FOTO)
Noyabrın 29-na USD/AZN rəsmi məzənnəsi
Hamilələr nə zaman koronavirusa qarşı vaksin vurdura bilər? - AÇIQLAMA
Soçidə Vladimir Putin, Prezident İlham Əliyev və Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilib (FOTO/VİDEO) (YENİLƏNİB)
Qiyabi təhsil alan tələbələrə kredit nə üçün verilmir? - Nazir müavini açıqladı
Noyabr ayının bütün müavinət və təqaüdləri ödənib
Ukraynada həbs edilən azərbaycanlı dələduz ölkəmizə ekstradisiya edilib
Karabakh Memorial Erməni terrorunun mülkü qurbanlarına həsr edilir
"Bayraktar" ümumilikdə 400 mininci uçuş saatını başa vurub (FOTO/VİDEO)
Dünya Yaş Qrupları Yarışlarında qadınlar arasında ikili mini batut üzərində hərəkətlərdə finalçılar məlum olub
Təhsil Tələbə Krediti Sistemində müraciət qaydası sadələşir
Azərbaycan gimnastları Dünya Yaş Qrupları Yarışlarında batut üzərində sinxron hərəkətlərdə finala çıxıb
Cavid Qurbanov yenidən federasiya prezidenti seçilib
AzTV mobil tətbiqini istifadəyə verdi
Bakıda qadınlar arasında tamblinq üzrə finalçılar məlum olub
MDB PA-nın iclasında Azərbaycanın qələbəsindən danışılıb
Dünya Yaş Qrupları Yarışlarında batut üzərində fərdi hərəkətlərdə finalçılar məlum olub
“Azərxalça”nın vəfat edən sabiq rəhbərinə hüquqi varis təyin edildi
Dörd ölkədən Azərbaycana quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyulub
Bu ilin ilk 9 ayı ərzində Azərbaycanla Rusiya arasında əmtəə dövriyyəsinin həcmi 11 faiz artıb - Putin (ƏLAVƏ OLUNUB)
Prezident İlham Əliyev: Rusiyalı sülhməramlıların fəaliyyətə başlamasından sonra məsuliyyət zonasında ciddi insidentlər olmayıb (YENİLƏNİB)
Vətəndaşların mənzillərini generalın ailəsinə satan şirkət rəhbərinə hökm oxundu
Tikinti materialı bazarında qiymətlər necədir? - Ekspertdən AÇIQLAMA
1 178 şəhid ailəsi üzvü və qazi işlə təmin olunub
İnvestorlar üçün vergi və maliyyə yükünün azaldılması nəzərdə tutulur
Tanınmış memara həsr olunmuş film ilk dəfə AzMİU-da nümayiş olunub (FOTO)
ABŞ Səfirliyi yerli işçilərin şərəfinə ağaclar ianə edib
Vaksin vurulandan nə qədər sonra yoluxma riski artmağa başlayır? - AÇIQLAMA
MİDA Günay Bank ilə əməkdaşlıq müqaviləsi imzaladı
Bakıda atasını 40 bıçaq zərbəsi ilə qətlə yetirən şəxsə 14 il cəza verildi
Soçidə Azərbaycan Prezidenti İlham Əliyev ilə Rusiya Prezidenti Vladimir Putin arasında ikitərəfli görüş olub (FOTO/VİDEO) (YENİLƏNİB)
“SOCAR” Qubadlıda yanacaqdoldurma məntəqəsi istifadəyə verdi
Ağdaş sakininin üzərindən və yaşadığı evdən narkotik vasitə götürülüb (FOTO)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Rusiya ümid edir ki, Soçidə Bakı ilə Yerevan arasında münasibətlərin normallaşdırılması üçün perspektiv istiqamətlər müəyyənləşdiriləcək – Rudenko
Azərbaycanda 1 997 nəfər COVID-19-a yoluxub, 31 nəfər ölüb
Hamilə qadınların kütləvi yerlərdə olması onlar üçün yüksək riskdir - Həkim
Naqif Həmzəyev: Bu görüş digərlərindən fərqli olacaq
Məlumat almışam ki, dekabrın 1-də Ukraynada çevriliş olacaq - Zelenski
Şirkətdən 48 min manatlıq oğurluqda ittiham olunan 7 nəfər bəraət alıb
Milli Gimnastika Arenasında Batut Gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışları davam edir (FOTO)
Gömrükçülər külli miqdarda pirotexniki vasitə müsadirə ediblər (FOTO)
DİN əməliyyat keçirdi: Şəbəkənin 28 üzvü saxlanıldı (FOTO/VİDEO)
SOCAR Gürcüstandakı terminalla daşımaların həcmini açıqlayıb
Elmar Vəliyevi güllələyən şəxsin apellyasiya şikayətinə baxılıb
Qan təzyiqi hansı səbəblərdən yüksəlir və bu zaman nə etmək lazımdır? - AÇIQLAMA
Ədliyyə orqanlarına qəbul üzrə test imtаhаnı keçirilib
"Azəristiliktəchizat"dan "Azəriqaz"a borcla bağlı AÇIQLAMA
Bütün xəbərlər