...

Yol hərəkət qaydalarının pozulmasına görə yazılan cərimələrin məbləği məlum olub

Cəmiyyət Materials 18 Noyabr 2020 16:53 (UTC +04:00)
Yol hərəkət qaydalarının pozulmasına görə yazılan cərimələrin məbləği məlum olub

Bakı. Elçin Mehdiyev - Trend:

2020-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda yol hərəkəti qaydaları əleyhinə aşkarlanmış inzibati xətaların sayı 2 milyon 846,5 min olub.

Trend-in məlumatına görə, xətaların 34,4 faizi yolda müəyyən edilmiş hərəkət sürəti həddinin aşılması, 20,7 faizi dayanma və ya durma qaydalarının pozulması, 8,7 faizi yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi, 8,3 faizi svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi, 7,3 faizi təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə olunması, 4,1 faizi epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması, 3,2 faizi icbari sığorta müqaviləsinin bağlanmaması, qalan hissəsi isə digər səbəblər üzrə aşkarlanb.

Qaydaların pozulmasına görə 93,2 milyon manat məbləğində cərimələr tətbiq edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti