...

İşğaldan azad edilmiş iki kəndə yeni ad verilir

Cəmiyyət Materials 20 Noyabr 2020 12:49 (UTC +04:00)
İşğaldan azad edilmiş iki kəndə yeni ad verilir

Bakı. Elçin Mehdiyev - Trend:

İşğaldan azad edilmiş iki kəndə yeni ad verilir.

Trend-in məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilib.

İclasın gündəliyinə “Azərbaycan Respublikasının Xocalı rayonunun Quşçubaba kəndinin Baharlı kəndi adlandırılması haqqında” və “Azərbaycan Respublikası Xocavənd rayonunun Tsakuri kəndinin Hünərli kəndi adlandırılması haqqında" qanun layihələri daxil edilib.

Layihələrə əsasən, Azərbaycan Respublikasının Xocalı rayonunun Qarabulaq kənd inzibati ərazi dairəsi tərkibindəki Quşçubaba kəndi Baharlı kəndi adlandırılır. Ölkəmizin Xocavənd rayonunun Çiraquz kənd inzibati ərazi dairəsi tərkibindəki Tsakuri kəndi Hünərli kəndi adlandırılır.

Qanun layihələri səsə qoyularaq qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti