...

Həmişə döyüşə gedəndə çalışırdım irəlidə olum. Dostlarıma da deyirdim ki, evlilər arxaya, subaylar irəli! Şəhidlərinin xatirəsinə həsr olunmuş "Olmayan Bir Müsahibə ..."(FOTO)

Cəmiyyət Materials 17 Dekabr 2020 23:25 (UTC +04:00)
Həmişə döyüşə gedəndə çalışırdım irəlidə olum. Dostlarıma da deyirdim ki, evlilər arxaya, subaylar irəli! Şəhidlərinin xatirəsinə həsr olunmuş "Olmayan Bir Müsahibə ..."(FOTO)

Bakı. Trend: Azərbaycan yazıçı Nərminə Məmmədzadə Trend Life-a ikinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş "Olmayan Bir Müsahibə ..." adlı silsilə materiallar təqdim edir.

Bu material Orxan Namazova həsr edilmişdir...

Evlilər arxaya, subaylar irəli!

- Salam, Orxan.

- Salam.

- Sənin gəlməyini gözləyirdim.

- Doğrudan? Niyə?

- Çünki sənin haqqında o qədər eşitmişəm ki.

- Məsələn, nə?

- Məsələn sənin qəhrəmanlığından, yüzdən çox erməni işğalçısını məhv etmisən.

- Mən saymamışam (gülür).

- İnanıram, amma həqiqət budur. Orxan, hərbçiliyi niyə seçdin?

- Arzum idi, keşfiyyatçı olmaq istəyirdim və istəyimə nail oldum.

- Amma sən deyəsən idmanla məşqul olmusan?

- Bəli gaydasız döyüş.

- Sonra da bu döyüş səni Sugovuşana kimi apardı...

- Bəli, ondan irəli gedə bilmədim...

- Evdəkilərlə əlaqə saxlayırdın?

- Təbii, oktyabrın altısı zənq etdim evə.

- Nə dedin?

- Heç, mən o qədər də danışan deyiləm, bəzi məlumatlar sirr kimi galmalıdır, inciməyin.

- Əlbəttə, başa düşürəm... Danışmağı xoşlamırsan?

- Yox (gülümsəyir). Bizim işimiz belədir, az danışmaq, hər şeyi görmək, nəzərdə saxlamaq.

- Əsl keşfiyyatçı! Orxanın arzusu var idi?

- Var idi. Qəşənq bir toy istəyirdim, alınmadı...

- Deməli sevdiyin xanım var idi?

- Bəli... İndi də təki xoşbəxt olsun, ağlayıb eləməsin.

- Darıxmırsan?

- Təbii darıxıram, anam üçün çox darıxıram... Bütün ailəm üçün... Sevgilimi də ürəyimdə saxlayıram. Elə bilirsiniz şəhidlik hamıya nəsib olur?

- Yox, o çox yüksək bir zirvədir... Orxanın deyiləcək sözləri var mı?

İstəməzdim ki Qarabağda müharibə olsun... Qoy torpaqlarımız işıq üzü görsünlər. Müharibə hamı üçün dəhşətdir, amma orada olanlar üçün dünyanın axırı. Həmişə döyüşə gedəndə çalışırdım irəlidə olum. Dostlarıma da deyirdim ki, evlilər arxaya, subaylar irəli! Qarabağ - Azərbaycandır!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti