...

Şuşanı inkişaf etmiş tarixi şəhərə çevirmək üçün əlimizdən gələni edəcəyik - Sədr müavini

Cəmiyyət Materials 18 Dekabr 2020 10:46 (UTC +04:00)
Şuşanı inkişaf etmiş tarixi şəhərə çevirmək üçün əlimizdən gələni edəcəyik - Sədr müavini

Bakı. Ceyhun Ələkbərov - Trend:

Şuşanın yenidən qurulması, onun müasir və inkişaf etmiş tarixi şəhər kimi formalaşması üçün əlimizdən gələni edəcəyik.

Trend-in məlumatına görə, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini İlqar İsbatov bildirib.

Onun sözlərinə görə, bu məqsədlə Şuşada araşdırma işlərinə start verilib:

“Mənzil fondunu, sosial müəssisələrin mövcud vəziyyətini, infrastrukturu və nəqliyyatdakı vəziyyəti öyrənmək üçün mütəxəssislər Şuşa şəhərindədirlər. Qarşımızda duran birinci vəzifə, qısa bir müddətdə şəhəri yenidən qurmaq və bərpası nəticəsində Şuşaya həyatı qaytarmaq, şəhər əhalisinin yaşayışını təmin etməkdir. Ancaq daha böyük vəzifə isə onun baş planını hazırlamaq, tarixi hissələrinin yenidən qurulmasını təmin etməkdir”.

Sədr müavini qeyd edib ki, bu məqsədlə komitədə müvafiq plan hazırlanıb, bütün heyət bu işə cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti