...

BANM-in daha 2 tələbəsi akademik Xoşbəxt Yusifzadə adına təqaüdə layiq görülüb

Cəmiyyət Materials 29 Dekabr 2020 14:47 (UTC +04:00)
BANM-in daha 2 tələbəsi akademik Xoşbəxt Yusifzadə adına təqaüdə layiq görülüb

Bakı. Trend:

Bakı Ali Neft Məktəbinin daha iki tələbəsi SOCAR-ın Birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə adına təqaüdə layiq görülüb.

2019/2020-ci tədris ilinin yekun göstəricilərinə əsasən, ortalama balı ən yüksək olan və təhsil aldıqları müddət ərzində həm bacarıq və davranışları, həm də sosial-ictimai fəaliyyətləri ilə nümunəvi tələbə kimi tanınan BANM-in "Neft-qaz mühəndisliyi" ixtisasının 5-ci kurs tələbələri Aytac İsgəndərova və Türkan Əliyeva akademik Xoşbəxt Yusifzadə adına təsis edilmiş tələbə təqaüdünü qazanıblar.

Təqaüd 2020-ci ilin dekabr ayından etibarən hesablanacaq.

Qeyd edək ki, akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyi ilə əlaqədar olaraq Bakı Ali Neft Məktəbi tərəfindən (SOCAR-ın Şurasının 13 nömrəli, 17 mart 2020-ci il tarixli Qərarına əsaslanaraq) təqaüd təsis edilmişdir. Belə ki, hər il BANM-in iki nümunəvi 4-cü və (və ya) 5-ci kurs tələbələri bu təqaüddən yararlanmaq imkanına malikdirlər. İlk dəfə sözügedən təqaüdə ötən il "Neft-qaz mühəndisliyi" ixtisasının V kurs tələbələri Nihad Abbasov və Nadir Namazov layiq görülmüşdür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti