...

Prokurorluq orqanlarının 38 əməkdaşı yüksək dövlət mükafatları ilə təltif edilib

Cəmiyyət Materials 8 Yanvar 2021 14:07 (UTC +04:00)
Prokurorluq orqanlarının 38 əməkdaşı yüksək dövlət mükafatları ilə təltif edilib

Bakı. Trend:

Yanvarın 8-də Baş Prokurorluqda 2020-ci ildə prokurorluq orqanları tərəfindən görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilmişdir.

Baş Prokurorluğun Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, müşavirədə Baş prokuror Kamran Əliyev çıxış edib.

Əməliyyat müşavirəsində prokurorluq orqanlarının fəaliyyətinin dövlət səviyyəsində yüksək qiymətləndirildiyi qeyd edilməklə ölkə başçısının Sərəncamı ilə xidməti vəzifələrinin yerinə yetirilməsində fərqləndiklərinə görə prokurorluq orqanlarının 38 əməkdaşının yüksək dövlət mükafatları ilə təltif edilməsinin kollektivin böyük sevincinə səbəb olduğu vurğulanıb, bu münasibətlə cənab İlham Əliyevə prokurorluq işçiləri adından dərin minnətdarlıq bildirilib, gündəlik fəaliyyətin daha yüksək tələblər səviyyəsində qurulacağına əminlik ifadə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti