...

"Virtual məktəb"də təqvim cədvəlləri yenilənir

Cəmiyyət Materials 13 Yanvar 2021 11:59 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

2020-2021-ci tədris ilinin II yarımilinin başlaması ilə əlaqədar yanvar ayının sonunda “Virtual məktəb”də müəllim və şagird təqvimləri yenilənəcək.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, təqvimlər yeniləndiyi tarixdən sonrakı bütün tədbirlər silinəcək Məqsəd platformada təqvim yüklülüyünün azaldılması və nəticədə istifadə rahatlılığının artırılmasıdır.

Fevral ayından etibarən təqvimin düzgün idarəedilməsi məqsədi ilə müəllimlərdən dərs görüşlərini yaradarkən ümumi və regional qrupları deyil, tədris etdikləri sinfin müvafiq fənn kanalını seçdiklərindən əmin olmaları xahiş olunur. Həmçinin, dərs görüşləri məktəb rəhbərliyi və ya sinif rəhbəri tərəfindən deyil, fənn müəllimi tərəfindən yaradılmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti