...

Xırdalandakı partlayışda xəsarət alan 5 nəfər evə buraxıldı

Cəmiyyət Materials 26 Yanvar 2021 10:45 (UTC +04:00)
Xırdalandakı partlayışda xəsarət alan 5 nəfər evə buraxıldı

Trend-i buradan izləyin

Bakı. Samir Əli - Trend:

Abşeron rayonunun Xırdalan şəhərində baş verən partlayış nəticəsində yaralananlardan 5 nəfər xəstəxanadan evə buraxılıb.

Bu barədə Trend-ə TƏBİB-dən məlumat verilib. Məlumatda qeyd edilir ki, hadisə zamanı xəsarət alaraq xəstəxanaya yerləşdirilən Əliyev Emil, Hüseynov Arif, Musayev Firudin, Ələzova Simayə və Şükürzadə Xədicənin vəziyyətləri qənaətbəxş olduğu üçün evə buraxılıb, digər xəsarət alan Vüsal Musayev isə reanimasiyada müalicəsini davam etdirir.

Xatırladaq ki, dünən axşam saatlarında Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə ikimərtəbəli fərdi yaşayış evində partlayış nəticəsində uçqun baş verib.

FHN-in xilasediciləri tərəfindən dağıntı altından 6 nəfər vətəndaş xilas olunub, 1 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Axtarış-xilasetmə əməliyyatı davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti