...

Cəbrayıl, Zəngilan, Qubadlı, Ağdamdakı abidələrlə bağlı monitorinqlər qismən aparılıb - Tədqiqatçı

Cəmiyyət Materials 27 Yanvar 2021 10:40 (UTC +04:00)
Cəbrayıl, Zəngilan, Qubadlı, Ağdamdakı abidələrlə bağlı monitorinqlər qismən aparılıb - Tədqiqatçı

Bakı. İlhamə İsabalayeva - Trend:

Cəbrayıl, Zəngilan, Qubadlı, Ağdamda daşınmaz tarix və mədəniyyət abidələri ilə bağlı monitorinqlər qismən aparılıb və bu proses hazırda da davam etdirilir.

Bunu Trend-ə mədəni dəyərlər üzrə tədqiqatçı ekspert, Beynəlxalq Memarlar Akademiyasının Moskva şöbəsinin professoru, Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin üzvü Faiq İsmayılov deyib.

Onun sözlərinə görə, Azərbaycanın işğaldan azad olunmuş ərazilərindəki daşınmaz tarix və mədəniyyət abidələri ilə bağlı monitorinqlərin aparılmasındakı əsas çətinlik ərazilərin minalardan təmizlənməməsidir:

"Bu, təhlükəsizlik baxımından monitorinqin sürətlə aparmasına imkan vermir. Ümid edirəm ki, qısa müddətdə bu işlər tamamlanarsa, abidələrin də monitorinqi yekunlaşacaq".

F.İsmayılov əlavə edib ki, Şuşada abidələrlə bağlı aparılan monitorinq artıq yekunlaşıb.

Tədqiqatçının sözlərinə görə, Şuşada təxminən 210 tarix və mədəniyyət abidəsi qeydiyyata alınıb. Onların 180-ə yaxını memarlıq, bir qismi arxeoloji abidədir. Lakin dövlət qeydiyyatına alınmayan 850-ə yaxın tarixi-memarlıq abidəsi var:

"Şuşanın qismən salamat qalan 17 məhəlləsi var. Orada 18-19-cu əsrə aid olan yaşayış evlərinin hamısı tarixi baxımından əhəmiyyətlidir və mədəni abidə sayılır. Şuşa 1977-ci ildən qoruq şəhər elan olunub. Bu şəhərdəki bütün abidələr qeydiyyata alınmalıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti