...

Qobustanda dəm qazından zəhərlənən 6 nəfər evə buraxılıb

Cəmiyyət Materials 27 Yanvar 2021 11:58 (UTC +04:00)
Qobustanda dəm qazından zəhərlənən 6 nəfər evə buraxılıb

Bakı. Ceyhun Ələkbərov - Trend:

Qobustanda dəm qazından zəhərlənən 6 nəfər evə buraxılıb.

Bu barədə Trend-ə Qobustan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Emin Hüseyn deyib. Onun sözlərinə görə, zəhərlənən şəxslər ötən gecə saat 23 radələrində xəstəxanaya daxil olub:

"Altı nəfər ötən gecə xəstəxanaya qəbul olundu. Hər birinə lazımı yardımlar göstərildi. Onlardan üçü azyaşlı idi. Səhər saatlarınadək hər birinə tibbi yardımlar göstərildi, ancaq bir müddət sonra öz istəkləri ilə ambulator müalicəyə yola salındılar. Vəziyyətləri yaxşıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti