...

Müəllimlərin işə qəbulu üzrə növbəti onlayn müsahibələrin tarixi açıqlanıb

Cəmiyyət Materials 2 Fevral 2021 14:14 (UTC +04:00)
Müəllimlərin işə qəbulu üzrə növbəti onlayn müsahibələrin tarixi açıqlanıb

Bakı. İlhamə İsabalayeva - Trend:

2020-2021-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin növbəti onlayn müsahibə mərhələsinə 5 fevral tarixindən başlanılacaq.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, bu mərhələdə iştirak edəcək namizədlərin şəxsi səhifələrinə müsahibələrin keçiriləcəyi tarix və saat barədə məlumat artıq göndərilib. Onlayn müsahibə mərhələsinə 2948 nəfər dəvət olunub.

Müsahibələr "Microsoft Teams" platforması üzərindən keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti