...

Azərbaycanda 201 nəfər COVID-19-dan sağalıb, 115 nəfər yoluxub, 3 nəfər vəfat edib

Cəmiyyət Materials 6 Fevral 2021 17:36 (UTC +04:00)
Azərbaycanda 201 nəfər COVID-19-dan sağalıb, 115 nəfər yoluxub, 3 nəfər vəfat edib

Bakı. Trend:

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 115 yeni yoluxma faktı qeydə alınıb, 201 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 231 022 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 224 961 nəfər müalicə olunaraq sağalıb, 3 156 nəfər vəfat edib, aktiv xəstə sayı 2 905 nəfərdir.

Ölkədə son sutka ərzində 6 582, hazırkı dövrədək isə 2 446 300 test aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti