...

Bölgələrdə V-IX siniflər ənənəvi tədrisə başlayıb (FOTO)

Cəmiyyət Materials 8 Fevral 2021 12:54 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

Fevralın 8-dən Bakı, Sumqayıt və Abşeron istisna olmaqla, digər şəhər və rayonlarda V-IX siniflər üzrə ənənəvi tədris forması qismən bərpa olunub.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, şagirdlər arasında ən azı 1.5 metr məsafəni gözləməyə imkan verən məktəblərdə tədris qeyd edilən siniflər üzrə həftədə 5 dəfə, həmin şərti ödəməyən məktəblərdə isə həftədə 3 dəfə təşkil ediləcək.

Gəncə, Quba, İsmayıllı, Ağstafa, Daşkəsən, Şəki, Ağdam və Füzulidə yerləşən məktəblərdən bu günə dair görüntüləri təqdim edirik.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti