...

Sürücülərə şad xəbər: Bu qaydaların pozulmasına görə cərimə ləğv edilir

Cəmiyyət Materials 12 Fevral 2021 15:19 (UTC +04:00)
Sürücülərə şad xəbər: Bu qaydaların pozulmasına görə cərimə ləğv edilir

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda dayanma və ya durma qaydalarının pozulması görə gün ərzində təkrar cərimə ləğv edilir.

Trend-in məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin yaz sessiyasının bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, məcəlləyə yeni qeyd əlavə edilir. Həmin qeydə əsasən, şəxs bu Məcəllənin 346-cı maddəsində nəzərdə tutulmuş eyni inzibati xətanın törədilməsinə görə gün ərzində təkrar inzibati məsuliyyətə cəlb oluna bilməz.

346-cı maddə Dayanma və ya durma qaydalarının pozulmasını əks etdirir və buna görə iyirmi manat məbləğində cərimə nəzərdə tutulur.

Dəyşiklik müzakirələrdən sonra səsverməyə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti