Prezidentin köməkçisi Bakı Ali Neft Məktəbində olub (FOTO)

Prezidentin köməkçisi Bakı Ali Neft Məktəbində olub (FOTO)

Bakı. Trend6

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakı Ali Neft Məktəbinin (BANM) kampusunu ziyarət edib. O, Ali Məktəbdə yaradılmış tədris şəraiti, maddi-texniki baza, sosial infrastruktur və tədqiqat mühiti ilə yaxından tanış olub. Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov yüksək keyfiyyətli tədris üçün yaradılan şərait, innovasiyaların təhsildə tətbiqi, gələcək perspektivlər barədə qonağa ətraflı məlumat verib. Bakı Ali Neft Məktəbinin tədris otaqlarına, tədqiqat laboratoriyalarına, İnnovasiya Mərkəzinə, müasir texnoloji kitabxanasına, çoxprofilli konfrans zallarına, neft tarixinə dair nadir eksponatların yer aldığı muzeyə baxış keçirilib.

Daha sonra Hikmət Hacıyev BANM-in tələbə, professor-müəllim heyəti və əməkdaşlarının iştirak etdiyi görüşə qatılıb. Karantin qaydalarına uyğun şəkildə sadəcə bir qisim iştirakçı ilə təşkil edilən canlı görüş paralel olaraq onlayn formatda da yayımlanıb. Onlayn görüşə 900-dək iştirakçı qatılıb.

İlk olaraq tədbir iştirakçılarını salamlayan rektor Elmar Qasımov 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin komandanlığı ilə qazanılan Böyük zəfərdə ölkəmizin informasiya müharibəsindəki üstünlüyündən də bəhs edib. O, geniş miqyasda təşkilatlanmış formada həyata keçirilən təbliğat-təşviqat, informasiya mübadiləsi, ordunun və xalqın ruh yüksəkliyinin qorunub saxlanılmasında düzgün informasiya siyasətinin həyata keçirildiyini və Hikmət Hacıyevin bu işdə xüsusi rolunu qeyd edib.

Daha sonra çıxış edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, ölkə başçısının yürütdüyü gənclər siyasətinin və təhsilə olan qayğısının nəticəsində bu gün Bakı Ali Neft Məktəbində müasir tədrisin komponentlərini özündə birləşdirən istər tədris metodologiyası baxımından, istər infrastruktur nöqteyi-nəzərindən çox mükəmməl bir ab-hava mövcuddur. O, hər zaman Bakı Ali Neft Məktəbinin fəaliyyətini, əsasən də, tələbə qəbulu imtahanları zamanı yüksək bal toplayan abituriyentlərin BANM-i seçməsini xüsusi diqqətlə izlədiyini vurğulayıb. “Bu gün şahidi oldum ki, burada təhsil almaq üçün bütün mükəmməl şərait yaradılıb. Bizim təhsil aldığımız dövrlə müqayisədə sizə potensialınızı tam şəkildə ifadə etmək üçün çox gözəl mühit yaradılıb. Bakı Ali Neft Məktəbində Azərbaycanın gələcək mühəndisləri, innovativ inkişafına təkan verə biləcək gəncləri görməkdən və onlar arasında gender bərabərliyinin qorunmasından əlahiddə olaraq şadam. Biz öyrəşmişdik ki, mühəndislər arasında daha çox kişiləri görək, amma bu gün qadın mühəndislərin də olması olduqca qürurvericidir. Bildiyiniz kimi, dünya elm və innovasiyalar əsasında inkişaf edir və elmdə, innovasiyada qalib olan ölkələr digər sahələrdə də qalibiyyətlərini təmin edirlər. Bu sahədə dünya ölkələrində kəskin və ciddi rəqabət müşahidə olunur. Artıq hər bir ölkənin potensialı tapılan neftin, daş kömürün həcmi ilə deyil, məhz insan resurslarının potensialı ilə ölçülür. Buna görə də, hesab edirəm ki, 650-700 bal toplayaraq bu məbədə qəbul olunan tələbələr ölkəmizin innovativ inkişafını təmin edənlər olacaqlar. Mən istərdim ki, sizin aranızda Azərbaycanın ilk “Nobel” mükafatı lauretçıları da olsun”, – deyə H.Hacıyev tələbələrlə tövsiyələrini də bölüşüb.

O, Böyük Zəfərin qazanılmasında Azərbaycan Respublikası Prezidentinin 17 illik hakimiyyəti dövründə yetişən, ölkə başçısından ilhamlanan gənclərin rolundan danışarkən tələbə-mühəndisləri Ermənistanın vandalizm siyasətinin fəsadlarının aradan qaldırılması üçün innovativ həllər təklif etməyə səsləyib.

Tədbirin gedişatında Hikmət Hacıyevə Baki Ali Neft Məktəbinin “Fəxri qonağı” plaketi təqdim olunub.

Daha sonra Prezidentin köməkçisi BANM-in təşkil etdiyi “Vətən yaxşıdır” onlayn bədii qiraət müsabiqəsinin qalibinə diplom və mükafatını təqdim edib.

Görüş müxtəlif mövzuları əhatə edən sual-cavab sessiyası ilə yekunlaşıb.

Azərbaycan ərazi bütövlüyünü bərpa edə bilib - Tural Gəncəliyev
Azərbaycan ərazi bütövlüyünü bərpa edə bilib - Tural Gəncəliyev
Britaniyanın "Aardvark Group" şirkəti Azərbaycanın azad edilmiş ərazilərinin minalardan təmizlənməsində iştirak edib
Britaniyanın "Aardvark Group" şirkəti Azərbaycanın azad edilmiş ərazilərinin minalardan təmizlənməsində iştirak edib
Minsk qrupu ermənilərlə azərbaycanlılar arasında etimad tədbirlərini gücləndirə bilər - Rusiya XİN
Minsk qrupu ermənilərlə azərbaycanlılar arasında etimad tədbirlərini gücləndirə bilər - Rusiya XİN
Loading Bars
Xəbər lenti
Paşinyan geri addım atdı - "İskəndər"lə bağlı səhv məlumatlandırılmışam
İlahiyyat İnstitutunun tələbələri “İntihar problemi və onunla mübarizə yolları” mövzusunda vebinarda iştirak ediblər (FOTO)
Prezidentin mətbuat konfransı Azərbaycanın informasiya müharibəsində növbəti qələbəsi idi - Deputat
Yerevanda bir qrup etirazçı hökumət binasına daxil oldu (VİDEO)
SWAP layihəsi çərçivəsində birinci kəşfiyyat quyusunun qazılması üçün bütün icazələr alınıb - BP
Azərbaycan region ölkələrinə sülh mesajını verdi - Səfir
Respublika Veteranlar Təşkilatında bir qrup müharibə iştirakçısı ilə görüş keçirilib (FOTO)
Ankarada Azərbaycan-Türkiyə Mədəniyyət üzrə Birgə Komissiyanın iclası keçirilib (FOTO)
İran səfirliyi KİV-də yayılan məlumatı təkzib edib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Suraxanı” tanker-muzeyinin açılışında iştirak ediblər (FOTO)
Prezident İlham Əliyev “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin yeni inzibati binasının açılışında iştirak edib (FOTO)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Ro-Pax” tipli “Akademik Zərifə Əliyeva” gəmi-bərəsinin suya salınması və eyni təyinatlı “Azərbaycan” gəmi-bərəsinin istismara verilməsi mərasimlərində iştirak ediblər (FOTO)
Sabah rayonlara qar yağacaq
“AccessBank” tender elan edir
Ermənistan prezidenti və baş qərargah rəisi Paşinyanın iclasına qatılmadı
Gürcü tarixçi: Allah işğalçı erməniləri cəzalandırdı - Trend TV
BTQ ilə Türkiyədən Çinə üçüncü ixrac qatarı yola salınıb
Qarabağdakı işğalın izləri silinir - "Yeni Şafak"
Daha bir Peşə Təhsil Mərkəzi publik hüquqi şəxs statusu alıb
Dövlət başçısı mətbuat konfransında regionun gələcəyi üçün mühüm mesajlar verdi - Deputat
Vaksinasiya xaricə getmək istəyənlər üçün də mühüm məsələyə çevrilib - Mütəxəssis
KOBİA sahibkarlıq subyektlərinin maliyyə bazarına çıxışını genişləndirib
Azərbaycan İran üçün çox önəmli ölkədir - Nazir müavini
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Şəhid ailələri və qazilərə qayğı dövlətin prioritet vəzifəsidir - Deputat
Sabunçuda silahlı narkotik alverçisi yaxalanıb (FOTO/VİDEO)
Yaxın günlərdə Yevlaxda KOB Evinin açılması planlaşdırılır
Qubadlıda postlar qurulub, təhlükəsizliyə nəzarət edilir - DİN (FOTO)
Azad olunmuş ərazilərə keçməyə cəhd göstərən daha 4 nəfər saxlanılıb
İlin əvvəlindən Ceyhan terminalından 33 milyon bareldən çox AÇG nefti yola salınıb
Ağdaşda qardaşını öldürən qadının məhkəməsi başlayır
Ötən il KOBİA-nın təşəbbüsü ilə iki normativ-hüquqi akt təsdiq edilib
Baş infeksionist əhaliyə müraciət edib
AZƏRTAC-ın 101 yaşı tamam olur
Xocavənddə Ermənistan ordusunun atıb qaçdığı silah-sursat aşkarlandı
Azərbaycan diplomatiyasının növbəti qələbəsi
Avtomobillərini texniki baxışdan keçirməyən sürücülər cərimə ediləcək - DİN (FOTO/VİDEO)
Floridada "Xocalıya ədalət" tələbi ilə aksiyalar keçirilib (FOTO)
Estoniyada pandemiyaya görə yeni məhdudiyyətlər tətbiq olunub
“Rus ədəbiyyatı tarixi”nin birinci cildi işıq üzü görüb
"YAŞAT" Fondu daha 10 qazini Türkiyəyə müalicəyə göndərdi (FOTO)
Bakıda 20-dən artıq şəxsin pulunu bankomatdan oğurlayan şəxs yaxalandı (FOTO/VİDEO)
III, VI və VII sinif şagirdləri üçün milli qiymətləndirmə keçiriləcək
Şəhid ailələri və müharibə əlilləri üçün mənzil proqramı 5 dəfəyə yaxın genişlənəcək
Bank Respublika real sektora kreditləri 5% endirimlə təqdim edəcək
Azərbaycan ABŞ ilə əlaqələrin daha da genişlənəcəyini gözləyir - Sevil Mikayılova
Bugünə kimi 1000-dən çox şəxsə vaksin vurulub - Baş həkimin müavini
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
Mədəniyyət naziri Türkiyədə səfərdədir (FOTO)
Sosial sahə üzrə builki prioritet istiqamətlər açıqlanıb
Vətən Müharibəsində orqanlarını itirən hərbçilərin hamısı bu il protezlərlə təmin olunacaq - Sahil Babayev
Prezident İlham Əliyev mətbuat konfransında təmkinlə ölkəmizin səmimi niyyətini açıqladı - Deputat
QHT-lərə Dövlət Dəstəyi Şurasında yoxlamalar aparılır - RƏSMİ
Azərbaycan daha gözəl gələcək qurmağa sadiqdir - Nazir
İstirahət günləri cinayət törədən 74 nəfər saxlanılıb
Ağdam rayonunun Güllücə kəndi (FOTO/VİDEO)
Bələdiyyə sədri qəbiristanlığa görə cərimələnib
Bu il Bakı, Sumqayıt və Abşerondakı bütün şəhid ailələri və müharibə əlilləri mənzillə təmin ediləcək - Nazir
Kapital Bank-ın dəstəyi ilə daha bir “YAŞA” mərkəzi fəaliyyətə başlayıb
Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı daha da artır - Deputat
5 il ərzində şəhid ailələri və müharibə əlillərinə 11 min mənzil veriləcək - Nazir
Cəlilabadda narkotik alan şəxsin evindən silah-sursat aşkarlandı (FOTO)
Tramp Baydeni ABŞ-ı müharibələrə cəlb etməkdə ittiham edib
Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum olub
Bu gün xarici valyutaların manata qarşı məzənnələri
Hindistanın baş naziri koronavirusa qarşı peyvənd olundu
Mingəçevirdə evdən kişi meyiti aşkarlanıb
Bakı-Sumqayıt yolunda tıxac yaranıb (FOTO/VİDEO)
Filippində koronavirusa qarşı vaksinasiya başlayıb
Braziliyada ötən sutka koronavirusdan 755 nəfər ölüb
Misir mətbuatı Prezident İlham Əliyevin keçirdiyi mətbuat konfransını geniş işıqlandırıb
Amsterdamda etiraz aksiyası keçirilib, bir neçə nəfər saxlanılıb
İsraildə koronavirusa yoluxanların sayı 775 min nəfərə çatır
“Mançester Yunayted” - “Çelsi” oyunu qolsuz başa çatıb
Fransada koronavirusa yoluxanların sayı 3,75 milyon nəfəri ötüb
Tramp yenidən prezidentliyə namizəd olacağını istisna etməyib
Gürcüstana uçan Azərbaycan vətəndaşları artıq karantindən keçməyəcəklər
Şirvanda minik avtomobili yanıb
Türkiyədə son sutkada koronavirusdan 6 511 nəfər sağalıb
Xocalıya qədər azərbaycanlılar elə düşünürdülər ki, bizimlə zarafat eləmək olar - Serj Sarkisyan
İspandilli KİV-lər Prezident İlham Əliyevin mətbuat konfransını geniş işıqlandırdı (FOTO)
ÜST: Dünyada ötən sutka koronavirusa 384 mindən çox yoluxma qeydə alınıb
Tramp ABŞ-da yeni partiya yaratmaq fikrində olmadığını bəyan edəcək
Prezident İlham Əliyevin mətbuat konfransı ispan mediasının diqqət mərkəzində
Moskvada Qarabağ üzrə üçtərəfli görüş keçirilib
Britaniyada koronavirusa daha 6 035 yoluxma qeydə alınıb
"Meyvəli" Ticarət Mərkəzində yanğın söndürülüb
Bərdədə ağır qəzada xəsarət alanlar bir ailənin üzvləridir
Bərdədə 3 avtomobil toqquşdu, iki nəfər ölüb, yaralılar var (FOTO)
İngiltərə Premyer Liqası: "Arsenal "Lester"ə qalib gəldi
Şəmkirdə traktor yanıb
Xocavənd rayonunun Çiraquz kəndi (FOTO/VİDEO)
Azərbaycan Prezidenti İlham Əliyevin mətbuat konfransı xarici ölkələrin mediasında geniş işıqlandırılıb (FOTO)
Alyaskada 5,4 bal gücündə zəlzələ olub
"Azərişıq" smart kart ödənişlərində problem yaranacağı iddiaları barədə açıqlama verib
Füzulidəki yeni aeroportun uçuş-eniş zolağının uzunluğu 3 min metr olacaq (VİDEO)
Neftçalada inzibati binada yanğın olub
Azərbaycan Ombudsman institutu İƏT ölkələrinin ombudsman təsisatları üçün təlim-seminar təşkil edib
Ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçirilib
Prezidentin keçirdiyi mətbuat konfransı ilə Azərbaycanın mövqeləri daha da möhkəmləndi - Ekspert
Bütün xəbərlər