...

Təhsil Nazirliyi 8 Marta pul yığımına görə ictimaiyyətə müraciət etdi

Cəmiyyət Materials 2 Mart 2021 11:04 (UTC +04:00)
Təhsil Nazirliyi 8 Marta pul yığımına görə ictimaiyyətə müraciət etdi

Bakı. İlhamə İsabalayeva - Trend:

Təhsil Nazirliyi qarşıdan gələn 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə ilə əlaqədar ictimaiyyətə müraciət edib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə xoşagəlməz hallara qarşı müəllimlər, valideynlər və ümumilikdə cəmiyyət olaraq birgə mübarizə aparmalı, dəyərlərimizi qorumalı və gələcək nəsillərə çatdırmalıyıq:

"Bu və ya digər hallarla bağlı Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə (146-1) və yaxud [email protected] elektron poçt ünvanına anonim olmadan müraciət edə bilərsiniz".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti