...

Azərbaycanda peyvənd olunanların sayı 407 mini ötüb

Cəmiyyət Materials 7 Mart 2021 11:39 (UTC +04:00)
Azərbaycanda peyvənd olunanların sayı 407 mini ötüb

Bakı. Trend:

6 mart tarixində Azərbaycan Respublikasında yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 17,495 nəfər vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 407,979 nəfər peyvəndlənmə prosesində iştirak edib.

Vaksinasiya Respublikamızın bütün rayonlarında uğurla davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti