...

Bakıda ən çox yoluxma bu rayonlarda olub

Cəmiyyət Materials 31 Mart 2021 11:28 (UTC +04:00)
Bakıda ən çox yoluxma bu rayonlarda olub

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bakı şəhəri üzrə ən çox yoluxma halları Binəqədi, Xətai və Yasamal rayonlarında olub.

Trend-in məlumatına görə, paytaxt üzrə yoluxanların 14,9 faizi Binəqədidədir. 13,3 faizi Xətai, 12,3 faizi Yasamal rayonunun payına düşür.

Yoluxma hallarının 10,7 faizi Sabunçu, 8,0 faizi Nəsimi, 8,3 faiz isə Nərimanov rayonlarında qeydə alınıb. Yoluxma hallarının 7,0 faizi Nizami, 6,9 faizi Xəzər, 4,9 faizi Qaradağ, 5,1 faizi Səbail rayonlarındadır.

Bakı şəhəri üzrə ən az yoluxma halı isə Pirallahı rayonunda olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti