...

Türkiyəli həkimlər qazilərimizə yeni protezlər taxacaq - Futbol belə oynaya biləcəklər

Cəmiyyət Materials 31 Mart 2021 15:37 (UTC +04:00)
Türkiyəli həkimlər qazilərimizə yeni protezlər taxacaq - Futbol belə oynaya biləcəklər

Bakı. Elçin Mehdiyev – Trend:

Türkiyəli həkimlər təfindən qazilərə yeni protezlər taxılacaq.

Trend-in məlumatına görə, bu gün Türkiyədən gələn AID Beynəlxalq Həkimlər Dərnəyinin sədri Mevlit Yurtsevən, həkim, professor Yaşar Tatar və ANAMA Operativ Qərargahın rəisi İdris İsmayılov müharibə zamanı bədənlərinin hər hansı bir üzvünü itirmiş qazilərin Türkiyəyə aparılaraq protezlərin hazırlanması və təqdim edilməsi ilə bağlı mətbuat konfransında Y.Tatar deyib:

"Azərbaycan xalqına, qardaşlığımıza dəstək üçün bu layihə ilə gəlmişik. Bu protezlər gazilərin həyat şəraitlərinin yaxşılaşdırılması üçün önəmli rol oynayacaq. İlk olaraq, 12 nəfərə 15 protez taxılacaq. Ən yüksək səviyyəli protezlərdən istifadə edəcəyik. Asanlıqla istifadə edə biləcəkləri sistemlər olacaq. Bu insanları könül rahatlığı ilə futbol oynayarkən belə görəcəksiniz.

Ümid edirik ki, bu qardaşlarımız Azərbaycana dönərkən onların həyat şərtləri indikindən daha üstün olacaq”.

M.Yurtsevən isə bildirib ki, bu gün 12 nəfərlə bu layihəyə başlamışıq: “Bu 12 nəfərin bütün tələblərini, protezlərlə bağlı bütün ehtiyaclarını biz qarşılayacağıq. Bundan sonra da Azərbaycanın hər hansı tələbi olarsa, onun yanında olduğumuzu bildiririk”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti