...

Şuşaya raketin hansı istiqamətdən və nə vaxt atıldığı məlum deyil - ANAMA

Cəmiyyət Materials 2 Aprel 2021 10:10 (UTC +04:00)
Şuşaya raketin hansı istiqamətdən və nə vaxt atıldığı məlum deyil - ANAMA

Bakı. Samir Əli - Trend:

Şuşada aşkarlanan iki ədəd "İskəndər" raketinin Ermənistanın hansı tərəfindən atıldığı məlum deyil.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Minatəmizləmə Agentliyinin (ANAMA) operativ qərargahının rəisi İdris İsmayılov deyib.

O bildirib ki, raketlərin Ermənistanın hansı istiqamətindən atıldığını xüsusi radar vasitəsilə müəyyənləşdirmək olar:

“Bizdə hazırda bu barədə məlumat yoxdur. Raketin hansı tarixdə, hansı istiqamətdən atıldığı bizə məlum deyil. ANAMA humanitar təmizlənmə əməliyyatlarını həyata keçirir. Araşdırma zamanı müəyyən edilib ki, bu Operativ-Taktik Raket Kompleksi “İskəndər - M” raketinin qalıqlarıdır. Raket tam partlamayıb, onun müəyyən hissələri böyük ərazidə səpələnib. ANAMA əməkdaşları bir-birindən xeyli məsafədə raketin qalıqlarının aşkar olunduğu 4 ərazi müəyyən ediblər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti