...

Qazaxıstanda son sutkada koronavirusa 2 122 nəfər yoluxub

Cəmiyyət Materials 3 Aprel 2021 08:32 (UTC +04:00)

Bakı. Trend:

Qazaxıstanda ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 2 122 yoluxma halı qeydə alınıb.

Trend-in Kazinform-a istinadən verdiyi məlumata görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 251 053 nəfərə çatıb.

Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 222 606 nəfəri sağalıb, 3 085 nəfəri isə vəfat edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti