...

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Cəmiyyət Materials 5 Aprel 2021 16:41 (UTC +04:00)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Bakı. Ceyhun Ələkbərov - Trend:

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 202 vaksin vurulub.

Bu barədə Trend Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən xəbər verir.

Məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 98, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 104 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 947 947, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 591 012, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 356 935 təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti