...

AzEduNet şirkəti “Virtual Məktəb” platformasının davamlı işləməsində dəstək göstərir

Cəmiyyət Materials 6 Aprel 2021 17:00 (UTC +04:00)
AzEduNet şirkəti “Virtual Məktəb” platformasının davamlı işləməsində dəstək göstərir

Bakı. Trend:

Ölkədə ən iri milli onlayn platforma olan “Virtual məktəb” artıq bir ildir ki, uğurla fəaliyyət göstərir və Azərbaycan Təhsil Şəbəkəsinin operatoru “AzEduNet” şirkəti bu layihənin bir hissəsi olmaqda davam edir. “Virtual məktəb” platformasının davamlı işləməsini təmin etmək məqsədilə “AzEduNet” şirkəti onun məsuliyyətinə dair texniki dəstək fəaliyyətini həyata keçirir.

Beləliklə, 5 aprel 2021-ci il tarixindən etibarən təhsil müəssisələrində tədris prosesinin məsafədən təşkili ilə bağlı “AzEduNet” şirkəti müəllim və şagird heyətinə “Virtual Məktəb” platforması üzərindən qeydiyyat, loqin-şifrə və digər yaranan çətinliklərlə bağlı texniki dəstək göstərməkdə davam edəcək. Qeyd edək ki, platformanın istifadəçilərinə [email protected] elektron poçt ünvanı və 146-4 “Qaynar xətt” vasitəsilə texniki xidmət göstərilir.

Azərbaycan Təhsil Şəbəkəsi müxtəlif pillələr üzrə təhsil müəssisələrini, eləcə də təhsil sahəsində dövlət siyasətini həyata keçirən qurumları vahid şəbəkədə birləşdirən təhsil sahəsində ölkənin ən böyük daxili şəbəkəsidir. Azərbaycan Təhsil Şəbəkəsinin təqdim etdiyi başlıca imkanlar internetə yüksək sürətli çıxışın təmin olunması, internetin zərərli məzmunlardan filtrasiyası, intranet şəbəkəsinin qurulması və intranet üzərindən rabitənin (İP telefoniya, video-konfrans) təşkili, təhsil müəssisəsində videomüşahidə xidmətinin qurulması, eləcə də şəbəkə və avadanlıqlara texniki dəstək xidmətinin göstərilməsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti