...

Bu gün 60-a yaxın jurnalist vaksinasiya olunub

Cəmiyyət Materials 9 Aprel 2021 16:51 (UTC +04:00)
Bu gün 60-a yaxın jurnalist vaksinasiya olunub

Bakı. Elçin Mehdiyev – Trend:

Bu gün 60-a yaxın jurnalist vaksinasiya olunub.

Bunu Trend-ə Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

Ə.Amaşov bildirib ki, növbəti həftənin 1-ci günündən jurnalistlərin vaksinasiya prosesi davam etdiriləcək: “Məqsədimiz odur ki, yaşı 18-dən yuxarı olan bütün jurnalistlər vaksinasiya olunsun, təbii ki, könüllü əsaslarla. Bilrsiniz ki, jurnalistika da riskli bir sahədir, çünki jurnalistlər insanlarla tez-tez görüşür, tədbirlərdə iştirak edir, həmişə cəmiyyətdə öndə gedirlər.

Vaksinasiya üçün müraciət edən jurnalistlərin sayı artmaqdadır. Artıq 500-ə qədər jurnalist vaksinasiya olunmaq üçün müraciət edib. Vaksinasiya olunmaq istəyən bütün jurnalistlər vaksin olunana qədər bu prosesi davam etdirəcəyik”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti