...

Azərbaycan əhalisinin sayı açıqlanıb

Cəmiyyət Materials 14 Aprel 2021 14:47 (UTC +04:00)
Azərbaycan əhalisinin sayı açıqlanıb

Bakı. Elçin Mehdiyev – Trend:

İlin əvvəlindən Azərbaycan əhalisinin sayı 7994 nəfər və ya 0,1 faiz artaraq 2021-ci il mart ayının 1-i vəziyyətinə 10127127 nəfərə çatıb.

Trend-in məlumatına görə, bir kvadrat kilometrə düşən əhalinin sayı 117 nəfər olub.

Əhalinin 53,0 faizini şəhər, 47,0 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

Hazırda orta hesabla hər 1000 kişiyə 1002 qadın düşür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti