Bakı. Trend:
Gəncə avtomobil zavodu İstehsalat Birliyinin yaşı 40-dan yuxarı olan əməkdaşları COVİD-19 əlehinə vaksinasiya olunub.
Bu barədə məlumatı Birliyin direktoru Bağban Nəbiyev verib.
Onun sözlərinə görə, yaşı 50-dən yuxarı olan əməkdaşlarda artıq 2-ci doza vaksinlərin vurulması başa çatdırılıb.
40-49 yaş arasında olan işçilərin 1-ci doza vaksiyasiya prosesi tam başa çatıb, aprelin 22-dən başlayaraq 2-ci dozaların vurulmasına start veriləcək. B.Nəbiyev onu da qeyd edib ki, vaksinasiya olunan əməkdaşlar arasında hər hansı əlavə təsir qeydə alınmayıb. Bu günədək Gəncə avtomobil zavodu İstehsalat Birliyinin ümumilikdə 40 yaşından yuxarı 233 əməkdaşı COVİD-19 əleyhinə vaksin olunub.