...

Havada toz dumanı müşahidə olunur

Cəmiyyət Materials 20 Aprel 2021 18:32 (UTC +04:00)
Havada toz dumanı müşahidə olunur

Bakı. Ceyhun Ələkbərov - Trend:

Havada toz dumanı müşahidə olunur.

Milli Hidrometeorologiya Xidmətinin Trend-ə verilən məlumatına görə, bu gün Bakı və Abşeron yarımadasında havada tozun miqdarının normadan artıq olduğu müəyyən edilib. Buna səbəb ölkə ərazisinə cənub-şərq istiqamətli hava kütlələri vasitəsilə daxil olan toz–dumanıdır.

Növbəti gün ərzində şimal-qərb istiqamətli küləklərin üstünlük təşkil etdiyini nəzərə alsaq, havada olan tozun səpələnməsi prosesinin baş verəcəyi və tozun miqdarının norma həddinə düşəcəyi gözlənilir.

Avtomat monitorinq stansiyalardan əldə olunan məlumata görə havada tozun miqdarı normadan 1.6 dəfə çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti