Hacıqabulun bugünkü mənzərəsi bölgələrimizin sürətli inkişafı haqqında aydın təsəvvür yaradır - Vüqar Rəhimzadə

Hacıqabulun bugünkü mənzərəsi bölgələrimizin sürətli inkişafı haqqında aydın təsəvvür yaradır - Vüqar Rəhimzadə

Bakı. Trend:

2003-cü ildə keçirilən prezident seçkilərində xalqın böyük əksəriyyətinin dəstəyini qazanaraq Prezident seçilən cənab İlham Əliyev ilk gündən ölkədə iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya prioritet məsələ kimi qoydu. Bu yolda ilk addım kimi bölgələrin malik olduğu potensial imkanlardan istifadə etmək məqsədilə regionların sosial-iqtisadi inkişafına dair ilk Dövlət Proqramını təsdiqlədi və 2004-cü ildən icrasına başlanıldı. Hər bir sənəd özündə hədəfləri və onların icra mexanizmlərini ehtiva edir. Son 17 ildə regionların sosial-iqtisadi inkişafı ilə bağlı 3 Dövlət Proqramının icrası və dördüncünün icrasının davam etdirilməsi bir daha bu reallığı ortaya qoyur ki, hər bir sənəd növbəti dövrün prioritetlərinin müəyyənləşdirilməsində stimulverici amil rolunu oynayır. “Azərbaycan Respublikası regionlarının 1919-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nın tərkibi, əsasən, yerlərdən gələn təkliflər əsasında formalaşıb.

Möhtərəm Prezidentimiz daim bu məqamı xüsusi qeyd edir ki, mənim bölgələrə çoxsaylı səfərlərim və vətəndaşlarla görüşlərim bu sahədə çox gözəl bir ünsiyyət forması yaradıb. Çünki vətəndaşların təklifləri mütləq nəzərə alınır və bölgələrdə bir çox layihələr məhz insanların təklifləri əsasında reallaşıb. Bu çağırış indi də öz aktuallığını saxlayır: Daim bu təmas olmalıdır və var ki, insanları narahat edən, bu gün hələ həllini tapmayan məsələlər reallaşsın. Bu məqsəd əsas götürülür ki, xalqın arzularına əsasən müəyyənləşdirilən vəzifələrin icra olunması Azərbaycanı daha da qüdrətləndirəcək, əhalinin sosial rifahı daha da yaxşılaşacaq. Prezident İlham Əliyevin Hacıqabul rayonuna səfəri zamanı bir sıra sosial obyektlərin açılışında iştirakı, həmçinin səfər çərçivəsində Azərbaycan Televiziyasına müsahibəsində bir rayonun timsalında bölgələrimizin bu günü və gələcəyi ilə bağlı söylədiyi fikirlər bir daha bu reallığı təsdiqləyir ki, vətəndaş məmnunluğunun artırılması dövlətin həyata keçirdiyi siyasətin əsasını təşkil edir.

Bu fikirləri Trend-ə «İki sahil» qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

V.Rəhimzadə qeyd edib ki, yeni sosial obyektlərin istifadəyə verilməsi, eyni zamanda, yeni iş yerlərinin açılması deməkdir: "Dövlətimizin siyasətində əhalinin sosial müdafiəsinin gücləndirilməsi əsas yer tutur. Cənab İlham Əliyev ilk gündən bu tezisi irəli sürüb ki, sosial-iqtisadi göstəricilər yalnız rəqəmlərdə deyil, insanların gündəlik həyatında da öz əksini tapmalıdır. Həmçinin ölkə ictimaiyyətinin irəli sürülən təşəbbüsləri, atılan addımları dəstəkləməsi böyük ruh yüksəkliyi yaradır. Bu gün bölgələr arasında sağlam rəqabətin mövcudluğu rayonların inkişafına, onların simasının tamamilə dəyişməsinə, malik olduqları resurslardan səmərəli istifadəyə geniş imkanlar yaradır. Azərbaycan brendi kimi dünyaya səs salan ABAD mərkəzləri kiçik və orta sahibkarlığın inkişafına böyük dəstəkdir. Ailə təsərrüfatlarına asan dəstək funksiyasını uğurla yerinə yetirən ABAD mərkəzlərinin coğrafiyasının genişlənməsi də günümüzün reallıqları sırasındandır. Bazar iqtisadiyyatının aparıcı qüvvəsi kimi sahibkarlığın inkişafını şərtləndirən əsas amillərdən biri infrastruktur layihələrinin beynəlxalq standartlara uyğun yenilənməsidir. Dövlətimizin başçısı İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində Hacıqabul rayonuna səfəri ilə bağlı təəssüratlarını bölüşərək bildirmişdir ki, təəssüratım çox müsbətdir. Hacıqabul rayonunda həyata keçirdiyimiz işlərin nəticələri görünür. Vaxtilə qəbul olunmuş regionların sosial-iqtisadi inkişafı proqramı uğurla icra edilir. Bu proqram çərçivəsində, o cümlədən Hacıqabul rayonunda böyük işlər görülmüşdür. Rayonda qazlaşdırmanın səviyyəsi yüz faizə çatıb. Elektrik enerjisi ilə təchizat xeyli yaxşılaşıb. Hacıqabulda 110/35/10 kilovoltluq “Qarasu” yarımstansiyasının istismara verilməsi ilə ümumilikdə 10 mindən çox əhalinin elektrik enerjisi təchizatı daha da yaxşılaşdırılıb. Regionların inkişafı proqramlarının vacib tərkib hissələrindən biri əhalinin və bölgələrdə yaradılan sənaye müəssisələrinin keyfiyyətli, fasiləsiz elektrik enerjisi ilə təminatıdır. “Qarasu” yarımstansiyası vasitəsilə Hacıqabul rayonu ərazisində yerləşən sənaye obyektlərinin, ən əsası, 250 min hektar əkin sahəsinin suvarma sistemlərinin enerji təchizatı həyata keçirilir. İçməli su layihəsi hələ 2013-cü ildə icra edilib. Bir sözlə, biznes üçün şərait yaxşılaşıb. Dövlətimizin başçısı əminliklə bildirib ki, bütövlükdə bu gün açılışında iştirak etdiyim obyektlər rayonun gələcək iqtisadi potensialını böyük dərəcədə gücləndirəcək".

Baş redaktor bildirib ki, bölgələrin sosial-iqtisadi inkişafının prioritetliyi pandemiya ilə mübarizə tədbirlərinin gücləndirildiyi bir zamanda belə dövlətimizin başçısının rayonlara səfərlərində özünün aydın ifadəsini tapır: "Cənab İlham Əliyev ölkə ictimaiyyəti ilə görüşür, onların qayğı və problemləri ilə maraqlanır, həlli istiqamətində mühüm addımlar atır. O da məlumdur ki, cənab İlham Əliyevin bölgələrə hər bir səfərindən sonra həmin rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə əlavə Tədbirlər Planı təsdiqlənir və Prezidentin Ehtiyat Fondundan vəsaitlər ayrılır. Pandemiya şəraitində, eyni zamanda, 44 gün davam edən İkinci Qarabağ müharibəsi dövründə ölkə ictimaiyyəti cənab İlham Əliyevin həmişə olduğu kimi, yenə də fəaliyyətinin əsas tərkib hissəsi olan rayonlara səfərlərinin şahidi oldu və hər bir səfər yeni sosial obyektlərin açılışı ilə yadda qaldı. Torpaqlarımız işğaldan azad edildikdən sonra bu ərazilərimizə də mütəmadi səfərlərini gerçəkləşdirən cənab İlham Əliyev bildirir ki, məqsəd buraya qayıdan insanların yüksək həyat şəraitini təmin etmək, quruculuq və abadlıq işlərini daha müasir şəkildə həyata keçirərək, bu əraziləri cənnətməkana çevirməkdir".

"Möhtərəm Prezidentimiz Azərbaycan Televiziyasına müsahibəsində işğaldan azad edilmiş torpaqlarımızda da kənd təsərrüfatının inkişafında əsas amillərdən olan aqroparkların yaradılması məsələsinə diqqət yönəltdi» söyləyən Vüqar Rəhimzadə vurğulayıb ki, hazırda bu ərazilərdə minalardan təmizlənmə işləri ilə yanaşı, infrastruktur layihələri həyata keçirilir. Dövlətimizin başçısı, həmçinin regionlarda yol infrastrukturunun yenilənməsi ilə əlaqədar həyata keçirilən tədbirlərə də toxunub: "Əsas məsələ yol infrastrukturunun yenilənməsi, beynəlxalq standartlara cavab verməsidir. Hacıqabul-Muğan avtomobil yolunun əvvəlki vəziyyəti ilə bugününü müqayisə edən əhali yaradılan şəraitdən məmnunluqlarını ifadə edirlər. Son illərdə nəinki əsas, eləcə də kəndlərarası yollar yüksək səviyyədə tikilir, bərpa olunur. Bütün bu tədbirlər əhali tərəfindən rəğbətlə qarşılanır. Nəticədə bu gün beynəlxalq maliyyə və iqtisadi qurumların hesabatlarında Azərbaycanın müasir yol-nəqliyyat infrastrukturuna malik olması təqdir edilir".

Baş redaktor bu məqamı da xüsusi qeyd edib ki, artıq son illərdə regionlarda ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafına xüsusi diqqət yetirilir: "Prezident İlham Əliyevin Hacıqabulda fermer Elşən Xəlilovun pambıq tarlasında səpin prosesini izləməsi də pambıqçılığın inkişafına diqqətin bariz nümunəsidir. O da məlumdur ki, cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq rayonlar arasında ixtisaslaşmalar həyata keçirilərək, hər bir bölgə malik olduğu resurslara uyğun ənənəvi kənd təsərrüfatı sahəsinin inkişafına diqqət göstərir. Həmin sahələrin inkişafını daha da sürətləndirmək üçün müvafiq Dövlət proqramları təsdiqlənir. Dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017–2022-ci illər üçün Dövlət Proqramı”nın icrası nəticəsində pambıqçılıq sahəsində mühüm irəliləyişə nail olunub. Fermerlərə dövlət dəstəyi davamlılığı ilə diqqət çəkir".

Vüqar Rəhimzadə belə bir ümumiləşdirməni aparıb ki, bu gün biz əhali baxımından o qədər də böyük olmayan Hacıqabul rayonunda sənayenin, kənd təsərrüfatının müasir üsullarla inkişaf etdirilməsi, məhsuldarlığın yüksəldilməsi, insanların işlə təmin edilməsi fonunda digər regionların sürətli inkişafını aydın görürük: "Bu fikri böyük inamla qeyd edirik ki, hazırda nəinki paytaxt Bakı, eləcə də bölgələrimiz dünyanın diqqətindədir, onların malik olduqları potensial imkanlar əməkdaşlıq üçün əlverişli şərait yaradır".

Samsung sizi Bespoke Home yeni məişət texnikasının təqdimatına dəvət edir
Samsung sizi Bespoke Home yeni məişət texnikasının təqdimatına dəvət edir
CBC radiosunun Qarabağda yayımı başlayıb
CBC radiosunun Qarabağda yayımı başlayıb
Azərbaycanda stasionar telefonlardan imtina ediləcəkmi?
Azərbaycanda stasionar telefonlardan imtina ediləcəkmi?
Loading Bars
Xəbər lenti
Prezidentin Naxçıvandan verdiyi mesajlardan Ermənistan nəticə çıxarmalıdır - Deputat
Azərbaycanda indiyədək peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda bir gündə 514 nəfər koronavirusa yoluxub, 1306 nəfər sağalıb, 15 nəfər vəfat edib
Naxçıvanın postblokada dövründə yeni inkişaf mərhələsi başlayacaq - Deputat
Jurnalistlər Qubadlıda DSX-nin hospitalı ilə tanış olublar (FOTO)
Düşməndən əldə olunan hərbi qənimətlər Qubadlıda istifadə edilir (FOTO)
Böyük Britaniyada vaksin pasportları tətbiq olunacaq
Müdafiə naziri azad edilmiş ərazilərdə yerləşən bölmələrdə olub (FOTO)
Zakir Həsənov Ramazan bayramı münasibətilə Azərbaycan Ordusunu təbrik edib
Naxçıvanın müdafiəsi və bu bölgədə hərbi üstünlüyünün möhkəmləndirilməsi istiqamətində də ardıcıl addımlar atılır - Deputat
Daha 11 qazi müalicə üçün Türkiyəyə göndərilib
İranda ötən sutka koronavirusdan 307 nəfər ölüb
Dələduzluğa görə beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya edilib
Nasizmin qəhrəmanlaşdırılması qəbuledilməzdir - Azərbaycan XİN
Mina xəritələri ilə bağlı məsələ Yerevanda müzakirə olunub - Sergey Lavrov
Kommunikasiyaların bərpasında bütün maraqlı tərəflərin mövqeyi nəzərə alınır - Lavrov
Hesab edirik ki, regionda nəqliyyat əlaqəsinin açılmasına böyük diqqət ayırmaq lazımdır - Ceyhun Bayramov
Rusiya üç ölkənin baş nazir müavinlərindən ibarət işçi qrupunun işini yüksək qiymətləndirir - Lavrov
Qarabağda vəziyyətin normallaşması üçün əsas amil üçtərəfli bəyanatın bütün şərtlərinin icrasıdır - Sergey Lavrov
Yol polisi avtomobillərdə katalizator məsələsinə aydınlıq gətirdi (FOTO)
"Sputnik V" vaksininin ikinci partiyası Azərbaycana mayın sonunda gətiriləcək - Lavrov
Azərbaycan üçtərəfli bəyanat çərçivəsində öz öhdəliklərinə məsuliyyətlə yanaşır - Nazir
Azərbaycan və Rusiya XİN arasında 2021-2022-ci illər üçün məsləhətləşmələr Planı imzalanıb (FOTO) (ƏLAVƏ OLUNUB)
Ceyhun Bayramov Kazanda törədilmiş hadisə ilə bağlı Rusiyaya başsağlığı verib
Mayın sonuna kimi Ermənistanla sərhəddə 6 yeni hərbi hissə istifadəyə veriləcək - DSX
Ceyhun Bayramov və Sergey Lavrovun mətbuat konfransı keçirilib (FOTO/VİDEO)
Allahşükür Paşazadə Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
Mingəçevir Dövlət Universitetinin tələbələri təcrübələrini uğurla davam etdirirlər (FOTO)
Qəbələdə gecə saatlarında işləyən restoran aşkarlanıb
Ötən gün ölkədə 11 yanğın olub, 1 nəfər xilas edilib
Prezident İlham Əliyev: Azərbaycan dinlərarası həmrəyliyin və əməkdaşlığın mövcud olduğu nadir məkanlardandır
Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
İranda təlim təyyarəsi qəzaya uğrayıb, 2 nəfər ölüb
UNEC tələbələri Selcuk Bayraktarın “TEXNOFEST” yarışının növbəti mərhələsində
Kazanda məktəbə hücum zamanı 9 nəfər həlak olub (VİDEO) (ƏLAVƏ OLUNUB)
Sabah Bakıda 22, rayonlarda 27 dərəcəyədək isti olacaq
Sergey Lavrov Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət edib
Prezident Naxçıvanın nəyin bahasına olsa da blokadadan çıxışına qəti inam nümayiş etdirdi - Budəfəki səfərin fərqli məzmunu
Azərbaycan-Rusiya nümayəndə heyətlərinin geniş tərkibli görüşü keçirilib
TAP kompressor stansiyaları üçün qazın satın alınması ilə bağlı tender elan edəcək
Ceyhun Bayramovun Sergey Lavrovla təkbətək görüşü keçirilib
Kapital Bank-ın kart sahibləri əlavə keşbek qazanacaqlar!
İran koronavirus əleyhinə vaksinin kütləvi istehsalına başlayıb
Bakı Qarabağın bütün mədəni irsinin qiymətləndirilməsi üzrə missiyanı alqışlayır
Azərbaycan nefti ucuzlaşıb
Cəlilabadda əməliyyat, 3 kiloqram narkotik aşkarlandı (FOTO)
Mina terrorunun daha bir qurbanı: Bu ərazilərə icazəsiz getməyin! - Trend TV-nin REPORTAJI
Lənkəranda eyni evdən dəfələrlə oğurluq edən şəxs saxlanılıb
Türkiyədən Azərbaycana sement ixracı artıb
Abşeron rayonunda "Renault" yanıb
Ermənistanda revanşist bəyanatlar xəstə neofaşist təfəkkürdən qaynaqlanır - Siyasi şərhçi
ABŞ-da yeniyetmələr üçün BioNTech - Pfizer peyvəndinin istifadəsi təsdiqlənib
İsrail polisi ilə toqquşmalarda 610-dan çox fələstinli yaralanıb
Yaponiyada kimyəvi zavodda partlayış olub
Türkiyədə son sutkada koronavirusdan 26 953 nəfər sağalıb
İsrail Qəzza zolağının bəzi şəhərlərinə raket zərbələri endirir
Argentinada koronavirusun Cənubi Afrika və Hindistan ştammlarına yoluxma halları aşkar edilib
Türkiyə İsrailin Şərqi Qüdsdə fələstinlilərə qarşı hərəkətlərini pisləyib
İsrailin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində 20 nəfər həlak olub
Vaşinqtonda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü qeyd edilib (FOTO)
Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasına səmimi qəlbdən maraq göstəririk - Rusiya XİN başçısı
Azərbaycana “Sputnik V” vaksininin birinci partiyası gətirilib, bu ay daha böyük partiyalar gözlənilir - Sergey Lavrov
Prezident İlham Əliyev: Bizdə olan bütün hərbi əsirləri vermişik
Prezident İlham Əliyev: Revanşizm qoxusu verən bəyanatları Ermənistan üçün təhlükəlidir
Prezident İlham Əliyev: Azərbaycan humanitar problemlərlə bağlı məsələlərdə xoş məram nümayiş etdirir
Prezident İlham Əliyev: Rusiya ilə bundan sonra da qarşılıqlı əlaqəli şəkildə regionda vəziyyətin normallaşdırılması üçün fəal iş aparmağa ümid edirik
Prezident İlham Əliyev: Münaqişədən sonrakı vəziyyət sıx əlaqə saxlamağın zəruri olduğunu diktə edir
Ombudsmanın regional mərkəzləri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş onlayn tədbirlər təşkil ediblər (FOTO)
Dünyada ötən sutka koronavirusa 677 mindən çox yoluxma qeydə alınıb - ÜST
Kürdəmirdə "Mercedes" yanıb
Ermənistan parlamenti ikinci dəfə baş naziri seçə bilməyib
Prezident İlham Əliyev Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib (FOTO/VİDEO) (YENİLƏNİB)
Azərbaycanın var olması Heydər Əliyevin adı ilə bağlıdır - Deputat
Ermənilərin növbəti feyk xəbəri ifşa edildi (FOTO)
"Ümummilli lider Heydər Əliyev və Azərbaycan gəncliyi" mövzusunda anım tədbiri keçirilib (FOTO)
Mingəçevir Dövlət Universitetinin əməkdaşları Ramazan bayramı münasibətilə şəhid məzunların ailələrini ziyarət ediblər (FOTO)
Zalsburqdakı Azərbaycan Evində ulu öndər Heydər Əliyev yad edilib (FOTO)
Bu gün Qubada “Azərbaycan-Türkiyə Qardaşlıq Parkı”nın açılışı olub (FOTO)
Türkiyənin Azərbaycana yeni təyin edilmiş səfiri Quba rayonuna səfər edib
Ulu Öndərin anadan olmasının növbəti ildönümü günündə azad edilmiş ərazilərdə modul tipli yeni hərbi hissə istifadəyə verilib (FOTO/VİDEO)
MÜSİAD Azərbaycan idarə heyəti Qubada Heydər Əliyev mərkəzini ziyərət ediblər (FOTO)
Prezident İlham Əliyev: Rusiya Ermənistanın dəmir yollarına sahibdir, bu məsələni daha çox Rusiya tərəfi ilə müzakirə edirik
Prezident İlham Əliyev: Ulu Öndərin siyasi müdrikliyi ermənilərin və AXC-Müsavat cütlüyünün planlarını alt-üst etmişdir
Prezident İlham Əliyev: Zəngəzur dəhlizi açılmalıdır və açılacaq
Krasnoyarskın "TBK" telekanalında Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub
Prezident İlham Əliyev: AXC-Müsavat cütlüyü bütün imkanları səfərbər etmişdi ki, Naxçıvanda Heydər Əliyevi devirsinlər
Prezident İlham Əliyev: Bu səfərin çox böyük rəmzi mənası var
Prezident İlham Əliyevdən Ermənistandakı revanşistlərə xəbərdarlıq: Odla oynamasınlar
Prezident İlham Əliyev Kanada və Fransa XİN-nin bəyanatını kəskin tənqid etdi: Gedin, öz işlərinizlə məşğul olun
Prezident İlham Əliyev: Naxçıvan ordusunda olan hərbi texnika bəzi qabaqcıl ölkələrdə olan texnikadan üstündür
Prezident İlham Əliyev: Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur
Samsung sizi Bespoke Home yeni məişət texnikasının təqdimatına dəvət edir
Mingəçevir Dövlət Universitetinin bir qrup əməkdaşı və tələbə gəncləri şəhid məzunun adını daşıyan bulağın açılışında iştirak ediblər (FOTO)
İsraildə prezident seçkilərinin vaxtı açıqlanıb
Yaponiya bu il ilk koronavirus peyvəndini istehsal edəcək
Stokholmda ulu öndər Heydər Əliyevin 98-ci ildönümü qeyd edilib (FOTO)
Mübariz Qurbanlı: Vətən müharibəsində əldə olunan tarixi qələbə Heydər Əliyev dühasının müdrikliyini və uzaqgörənliyini bir daha sübut etdi
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb
Prezident İlham Əliyev: Bu gün mən mütləq Ulu Öndərin Vətənində olmalı idim
Azərbaycanda son sutkada 371 nəfər koronavirusa yoluxub, 892 nəfər sağalıb, 18 nəfər vəfat edib (ƏLAVƏ OLUNUB)
Bütün xəbərlər