...

Xaricdə təhsil almaq ilə maraqlanırsınız? (FOTO)

Cəmiyyət Materials 23 Aprel 2021 11:02 (UTC +04:00)
Xaricdə təhsil almaq ilə maraqlanırsınız? (FOTO)

Bakı. Trend:

Xaricdə təhsil almaq ilə maraqlanırsınız? O zaman bu müsahibə sizin üçün maraqlı olacaq. Bu gün biz A-level Tədris Mərkəzinin rəhbəri Ayan Əliyeva ilə danışacağıq.

- Salam, Ayan xanım

- Salam

- Özünüzü oxucularımıza təqdim edə bilərsinizmi?

- Mənim adım Ayan Əliyevadır. Təxminən 15 ildir ki, A-level Tədris Mərkəzinin rəhbəriyəm.

- EU Business School haqqında ümumi məlumat verə bilərsinizmi?

- 1973 - cü ildə təsis edilmiş EU Business School Münhen, Barselona, Cenevrə və Montredə kampuslu Beynəlxalq Biznes Məktəbidir. A-Level Tədris Mərkəzi artıq bir neçə ildir ki, EU Business School-ın tərəfdaşıdır. Bu gün mən sizi inandırmaq istəyirəm ki, əgər siz xaricdə təhsil almaq istəyirsinizsə, onda bu universitet ən yaxşı seçiminizdən biri olacaq. Tələbələrə hazırlıq kursları, bakalavriat və magistratura təklif olunur. EU Business School ingilis dilində kiçik və dinamik siniflər təklif edir. Əgərə sizdə ingilis dili ana dili deyilsə, hazırlıq kursları keçə bilərsiniz. Tələbələri dinamik biznes dünyasında karyera üçün hazırlayırlar. EU Business School - gələcək üçün maliyyə analitiklərinin, mühasiblərin və sahibkarların doğulduğu yerdir.

- EU Business School yalnız biznes sahəsində ixtisaslaşır?

- Bu universitet bir çox biznes proqramlarının sintezidir. Təlimdə aktual praktiki bacarıqların əldə edilməsinə xüsusi diqqət yetirilir. EU Business School müəllimləri öz ixtisaslarında böyük təcrübəyə malik olan biznes məsləhətçiləri, təsisçilər və şirkətlərin CEO – nu tətbiq edənlərdir.

- Universitetdəki tələbə həyatı haqqında nə deyə bilərsiniz?

- EU Business School kampusları mədəni irsinə zəngin olan ən dinamik Avropa şəhərlərindən birində yerləşir. Avropanın iri şirkətlərində ekskursiya və treninqlərin keçirilir, digər şəhər və ölkələrə səfərlər təşkil olunur, bundan əlavə tələbələr geniş formada təhsil ilə bağlı məlumat aldıqdan sonra, ekskursiyalardan zövq alırlar.

- Pandemiya ilə bağlı təhsil forması necə dəyişdi?

- EU Business School-da həm bakalavr, həm də magistr pilləsində onlayn təhsil daim var idi, ona görə də 2020-21-ci illərdə də həm onlayn, həm də oflayn tədris təklif olunur. Akademik il ərzində tələbənin dərsə başlaya biləcəyi bir neçə tarix tələbəyə təklif olunur. EU Business School - un məqsədi tələbələri rahat mühitdə yüksək keyfiyyətli təhsil ilə təmin etməkdir.

- EU Business School qeydiyyat prosessi necə baş tutur?

- Qeydiyyat prosessi olduqca sadədir. Tələbələr bizə müraciət edərək onlayn sənədlər təqdim edə bilərlər. Namizədlər standartlaşdırılmış testlərdən - IELTS, TOEFL, eləcə də attestatın surəti və ya əvvəlki təhsil haqqında diplomdan istifadə etməklə qiymətləndirilir.

- Tələbə təhsilini bitirdikədən sonra qala bilərmi və iş tapmaq şansları necədir?

- Məktəbin kampusları yerləşdiyi şəhərlərdə yerli şirkətlər ilə sıx əlaqələri var, bunun sayəsində tələbələr buraxılışdan sonra təcrübə və ya iş tapa bilərlər. EU Business School - un tərəfdaşları arasında Cenevrə Ticarət və Sənaye Palatası, Montredə Caz Festivalı, İsveçrə, Münhen və Barselonada TEDx, Beynəlxalq əmək Təşkilatı və ToastMasters var.

Məzunların əksəriyyəti 6 ay ərzində buraxılışdan sonra işləyirlər staj müddətini keçirlər və ya təhsillərini davam etdirirlər. EU Business School Karyera Mərkəzi Tələbələr üçün fərdi məsləhətləşmələr aparır və CV-nin tərtib olunmasına, müsahibələrin keçməsinə, şəbəkədə imkanların axtarışına kömək edir.

Məzunlar sadaladığımız şirkətlər və təşkilatlarda işləyirlər - UNESCO, SONY, Facebook, Microsoft, WWF, Nestle, Deloitte, Volkswagen, Nike, IBM, Novartis.

- Niyə tələbələr EU Business School seçməlidirlər?

- EU Business School, işgüzar universitetlərin beynəlxalq reytinqlərində lider mövqelərini tutur:

• CEO Magazine-nin qlobal reytinqində Online MBA proqramında 1-ci yer;

• QSStars sistemindəki ticarət təhsilində mükəmməlliyə görə 4 ulduz;

• QS reytinqinə görə təhsilə qoyulan investisiya gəliri baxımından Avropada 5-ci yer;

• Capital nəşrinə görə qadınlar üçün ən yaxşı biznes məktəbləri siyahısında 6-cı yer;

• QS Top MBA reytinqinə görə Online MBA üçün dünyada 14-cü yer;

• Nüfuzlu China Economic Review nəşrinə görə dünyanın ən yaxşı 20 biznes məktəbində yer alıb;

• QSTopMBA reytinqinə görə tələbə hazırlığı keyfiyyətinin ən yaxşı göstəriciləri.

Bu o deməkdir ki, bu universitet ən yüksək standartlara cavab verir.

Əgər siz biznesdə karyera haqqında düşünürsünüzsə, EU Business School seçin. Peşman olmazsınız!

- Müsahibəyə görə çox sağ olun!

- Sizə təşəkkür edirəm! Hamıya uğurlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti