...

Millət vəkili Pərvin Kərimzadə vətəndaş qəbulu keçirib (FOTO)

Cəmiyyət Materials 24 Aprel 2021 11:37 (UTC +04:00)
Millət vəkili Pərvin Kərimzadə vətəndaş qəbulu keçirib (FOTO)

Bakı. Trend:

Mütəmadi olaraq təmsil etdiyi dairədə yaşayan seçicilərlə görüşən, onların arzu və təklifləri, problemləri ilə maraqlanan Yeni Azərbaycan Partiyasının 37 saylı seçki dairəsi üzrə Milli Məclisin deputatı Pərvin Kərimzadə YAP Gəncə şəhər təşkilatının inzibati binasında fərdi vətəndaş qəbulu keçirib.

Trend-in məlumatına görə, qəbul zamanı vətəndaşlarla fərdi qaydada görüşən deputat onların müraciət və təkliflərini dinləyib. Vətəndaşlar əsasən sosial şəratin yaxşılaşdırılması, tibbi ehtiyaclarının təmin edilməsi, mənzil-məişət problemləri və işlə təminat kimi məsələlərlə müraciət ediblər.

Müraciətlər nəzarətə götürülüb, operativ şəkildə araşdırılaraq, qanunvericiliyə uyğun həll edilməsi üçün aidiyyatı qurumlarla əlaqə yaradılıb, müraciətlərin bir neçəsi yerindəcə həll olunub.

Həmçinin qəbul zamanı pandemiya vəziyyəti ilə bağlı mövcud məsələlər müzakirə edilib və vətəndaşlara karantin rejiminin şərtllərinə əməl etmələri tövsiyə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti