Bakı. Trend:
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 806 yeni yoluxma faktı qeydə alınıb, 1224 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 31 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 313 812 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 280 403 nəfər müalicə olunaraq sağalıb, 4 402 nəfər vəfat edib, 29 007 aktiv xəstə sayı nəfərdir.
Ölkədə son sutka ərzində 5 732, hazırkı dövrədək isə 3 195 268 test aparılıb.