...

Azərbaycanda indiyədək COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlandı

Cəmiyyət Materials 1 May 2021 16:39 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 16 988 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 391, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 11 597 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 505 206, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 971 523, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 533 683 təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti