...

Millət vəkili Pərvin Kərimzadə şəhid ailələrini ziyarət edib (FOTO)

Cəmiyyət Materials 5 May 2021 14:33 (UTC +04:00)
Millət vəkili Pərvin Kərimzadə şəhid ailələrini ziyarət edib (FOTO)

Bakı. Trend:

Milli Məclisin deputatı Pərvin Kərimzadə növbəti dəfə Gəncədə şəhid ailələrini ziyarət edib.

Şəhid ailələri ilə görüşən Pərvin Kərimzadə bildirib ki, şəhidlik vətənpərvərliyin ən ali məqamıdır. Şəhidlik ucalığına yüksələnlərin şərəfli ömür yolu hər kəs üçün örnəkdir. Şəhidlərin ailə üzvləri həmişə başlarını dik tutmalıdırlar, çünki onların əzizləri müqəddəs torpaq – Vətən uğrunda canlarını qurban veriblər. Millət vəkili qeyd edib ki, vətənimizin mərd, cəsur övladarı ali bir amal - Vətən torpaqlarının işğaldan azad edilməsi uğrunda döyüşərkən şəhidlik zirvəsinə ucalıblar. Şəhidlərimizin fədakarlığı xalqımızın qəlbində daim yaşayacaq, gələcək nəsillər üçün qəhrəmanlıq məktəbi olacaqdır. Millət vəkili Şəhid adını uca tutmaq, şəhid ailələrini daim diqqətdə saxlamaq hər birimizin vətəndaşlıq borcu olduğunu ifadə edib. Pərvin Kərimzadə şəhid ailələrini narahat edən məsələlərlə də yerində maraqlanıb.

Şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə - Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlqı bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti