Bakı Slavyan Universitetində onlayn formada "İki əsrin lideri" adlı tədbir keçirilib (FOTO)

Bakı Slavyan Universitetində onlayn formada "İki əsrin lideri" adlı tədbir keçirilib (FOTO)

Bakı. Trend:

Mayın 7-də Yeni Azərbaycan Partiyasının (YAP) Nəsimi rayon təşkilatının Bakı Slavyan Universiteti (BSU) ərazi ilk partiya təşkilatının və BSU-nun Pedaqoji fakültəsinin Pedaqogika və psixologiya kafedrasının birgə təşkilatçılığı ilə onlayn formada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunan "İki əsrin lideri" adlı tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan YAP-ın Nəsimi rayon təşkilatının BSU ərazi ilk partiya təşkilatının sədri, BSU-nun Pedaqoji fakültəsinin Pedaqogika və psixologiya kafedrasının müdiri, dosent Sevinc Axundova iştirakçıları salamlayıb və onlara uğurlar arzulayıb. Dosent Sevinc Axundova bildirib ki, hər bir xalqın,millətin tarixində xilaskarlıq missiyasını həyata keçirən dahi şəxsiyyətlər olur. Azərbaycan xalqının belə dahi şəxsiyyəti ulu öndər Heydər Əliyevdir. Nadir dövlət xadimi olan Heydər Əliyev bütün həyatını xalqımızın inkişafına, dövlətimizin güclənməsinə həsr etmişdi. Ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərliyinin birinci dövründə respublikamızı tənəzzüldən xilas edərək inkişaf, tərəqqi yoluna çıxarmışdı.

Ulu öndər Heydər Əliyev 1993-cü ilin iyun ayında yenidən Azərbaycanda hakimiyyətə qayıtdıqdan sonra ölkəmizi vətəndaş müharibəsi təhlükəsindən xilas etdi və möhkəm daxili ictimai-siyasi sabitlik yaratdı. Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının rəsmi milli ideologiyası kimi müəyyən etdiyi Azərbaycançılıq ideologiyası dünya azərbaycanlılarının həmrəyliyinin yaranmasında və onların vahid ideya ətrafında birləşmələrində, təşkilatlanmalarında mühüm rol oynadı. Ümummilli Lider Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün səmərəli fəaliyyət göstərdi. Azərbaycanın yeni neft strategiyasının həyata keçirilməsi ölkəmizin iqtisadi inkişafını təmin etdi, respublikamıza böyük iqtisadi və siyasi dividendlər gətirdi. Ulu öndər Heydər Əliyev mükəmməl dövlətçilik konsepsiyası işləyib hazırladı, həyatımızın bütün sahələrində islahatlar həyata keçirildi, elm və təhsilin inkişafına xüsusi diqqət və qayğı göstərldi, ölkəmizin beynəlxalq siyasi nüfuzu artdı. Qətiyyətli, iradəli, cəsarətli, müdrik və vətənpərvər dövlət xadimi olan Heydər Əliyevin xalqımız, Vətənimiz qarşısında ən böyük xidmətlərindən biri də öz layiqli siyasi varisi kimi Azərbaycan Respublikasının Prezidenti, YAP-ın Sədri, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı möhtərəm cənab İlham Əliyevi müəyyən etməsidir. Xalqımızın Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin birbaşa rəhbərliyi altında Vətən müharibəsində möhtəşəm Qələbə qazanması ulu öndər Heydər Əliyevin müdrik daxili və xarici siyasətinin uğurla davam etdirilməsinin nəticəsidir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, YAP Sədrinin Birinci müavini Mehriban xanım Əliyevanın ölkəmizin hərtərəfli sürətli inkişafında və dövlətimizin daha da güclənməsində misilsiz xidmətləri var. Vətən müharibəsində qazandığımız böyük tarixi Qələbə ulu öndər Heydər Əliyevin ideyalarının təntənəsidir.

Sonra ulu öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunan videoçarx nümayiş etdirilib.

Tədbirin moderatoru, Pedaqoji fakültənin Pedaqogika və psixologiya kafedrasının müəllimi Səbinə Cəfərova çıxış edərək bildirib ki,bizim bugünkü tədbiri keçirməkdə əsas məqsədimiz müasir milli intibahımızın banisi, ümummilli liderimiz Heydər Əliyevin xatirəsini uca tutmaq, Ulu Öndərimizin idarəçilik və dövlətçilik fəaliyyətini daha geniş miqyasda təbliğ etməkdir.

Sonra Səbinə Cəfərova çıxış etmək üçün sözü tələbə və müəllimlərə verib.

Tədbirdə Pedaqoji fakültənin Təhsildə sosial-psixoloji xidmət ixtisasının I tədris ilinin 101-ci qrup tələbəsi Aytən Həmidova "Heydər Əliyevin təhsilin inkişafına verdiyi töhfələr", Pedaqogika və psixologiya kafedrasının müəllimi Günel Səmədzadə "Heydər Əliyev irsində ailə dəyərləri", Təhsildə sosial-psixoloji xidmət ixtisasının I tədris ilinin 101-ci qrup tələbəsi Fərrux Dadaşov "Heydər Əliyevin liderlik fenomeni", Pedaqogika və psixologiya kafedrasının müəllimi Afaq Nəsibova "Heydər Əliyevin Nizami Gəncəvi irsinə verdiyi dəyər", Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinin Regionşünaslıq ixtisasının I tədris ilinin 102-ci qrup tələbəsi Elxan Verdiyev "Heydər Əliyev və gənclər siyasəti" mövzularında məruzələrlə çıxış ediblər.

Tədbirdə həmçinin Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinin Azərbaycan jurnalistikası ixtisasının II tədris ilinin 206-cı qrup tələbəsi Səfura Bənnayeva "Ulu bir sərkərdə, ulu bir öndər" şeirini, Təhsildə sosial-psixoloji xidmət ixtisasının I tədris ilinin 101-ci qrup tələbəsi Aydan Musayeva "Onu zaman seçib" şeirini, Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinin Azərbaycan jurnalistikası ixtisasının I tədris ilinin 101-ci qrup tələbəsi Ayşən İbrahimova "Ulu öndər" şeirini səsləndiriblər.

Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın ulu öndər Heydər Əliyevə ithaf etdiyi və Xalq artisti Ağadadaş Ağayevin ifa etdiyi “Elegiya” mahnısının videoçarxı nümayiş etdirilib.

Tədbirdə çıxış edən BSU-nun tərbiyə işləri üzrə prorektoru, dosent Xanım Sultanova bildirib ki,hazırda universitetdə ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilir. Bugünkü tədbir də həmin silsilə tədbirlərdən biridir. Qədirbilən xalqımız həmişə ulu öndər Heydər Əliyevin xatirəsini əziz tutur,bu görkəmli siyasi xadimin xalqımız, Vətənimiz,dövlətimiz qarşısında göstərdiyi böyük tarixi xidmətləri yüksək qiymətləndirir. Dosent Xanım Sultanova çıxışının sonunda tədbirin təşkilatçılarına təşəkkür edib və onlara uğurlar arzulayıb.

Tədbir böyük dövlət xadimi Heydər Əliyevin ictimai-siyasi fəaliyyəti ilə bağlı videoçarxın təqdim edilməsi ilə başa çatıb.

İranda prezident seçkilərində 28,4 milyon insan səs verib
İranda prezident seçkilərində 28,4 milyon insan səs verib
İranda prezident seçkilərində səsvermə müddəti başa çatıb
İranda prezident seçkilərində səsvermə müddəti başa çatıb
Fransada qayıqlarla Böyük Britaniyaya keçmək istəyən 80 miqrant xilas edilib
Fransada qayıqlarla Böyük Britaniyaya keçmək istəyən 80 miqrant xilas edilib
Loading Bars
Xəbər lenti
İranda prezident seçkilərində 28,4 milyon insan səs verib
Çili yığması futbol üzrə Amerik Kuboku matçında Boliviyanı məğlub edib
İranda prezident seçkilərində səsvermə müddəti başa çatıb
Fransada qayıqlarla Böyük Britaniyaya keçmək istəyən 80 miqrant xilas edilib
AVRO-2020: İngiltərə millisi Şotlandiya komandası ilə heç-heçə edib
Ceyhun Bayramov Moldova Respublikasının Qaqauziya Muxtar Ərazisinin rəhbəri ilə görüşüb
Niderlandda iyunun 26-dan koronavirusla bağlı məhdudiyyətlər yumşaldılacaq
İranda prezident seçkilərində səsvermənin müddəti saat 2-dək uzadılıb
Türkiyədə gəmi əleyhinə raketin uğurlu sınaqları keçirilib
Rusiya Türkiyəyə uçuşlarını bərpa edəcək
İyunun 16-17-də keçirilmiş buraxılış imtahanlarının nəticələri elan olunub
Batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas olunub
Azərbaycan Prezidentinin köməkçisi Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən paneldə çıxış edib
İranda prezident seçkilərində seçici aktivliyi müşahidə olunur – İranlı rəsmi
İtalyan tədqiqatçı: Erməni işğalçılarının basdırdığı minalar azad olunmuş ərazilərdə həyatın bərpası üçün ən böyük təhlükədir
Şuşa Bəyannamasi Azərbaycan-Türkiyə münasibətlərinin tarixinə keçəcək - Rusiya Yaxın Şərq Assosiasiyasının prezidenti
Fransanın "Thales" şirkəti Azərbaycanda reallaşdırılan layihələr barədə
“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim edilib
"Raiffeisen Bank" Azərbaycanda xidmətlərin keyfiyyətinin və sayının artırılmasını hədəfləyir
Azərbaycan-Türkiyə əməkdaşlığı regionda sülh və əmin-amanlıq yaratmağa xidmət edir - Deputat
Mingəçevir Dövlət Universiteti ilə Türkiyənin Yıldız Texniki Universiteti arasında əməkdaşlıq inkişaf edir (FOTO)
Ağstafada reyd: 15 sürücü məsuliyyətə cəlb edilib (FOTO)
AzMİU ilə Yıldız Texnik Universiteti arasında Anlaşma Memorandumu və Tələbə mübadilə protokolu imzalanıb (FOTO)
Ceyhun Bayramov Qvineya-Bisaunun xarici İşlər və icmalar naziri ilə görüşüb (FOTO)
Dövlət Komissiyası Ermənistanın təcavüzü nəticəsində mülki obyektlərə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı məsələləri müzakirə edib
İranda səsverənlərin sayı 22 milyonu keçib
Narkotik tərkibli bitkilər becərən Zaqatala sakini saxlanılıb (FOTO)
Ombudsman Özbəkistanda Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində olub (FOTO)
Ceyhun Bayramov Somalinin xarici işlər naziri ilə görüşüb
Seçkilər nəticəsində Ermənistanı da itirə bilərik - Levon Ter-Petrosyan
“Qarabağ Zəfəri”nin qalibləri Ərdoğanla görüşdü (FOTO)
Prezident İlham Əliyev səhiyyə işçilərini “Tərəqqi” medalı ilə təltif etdi
Bir qrup səhiyyə işçisinə fəxri adlar verildi - SƏRƏNCAM
Antalyada Azərbaycan xarici işlər naziri ilə Türk Şurasının Baş katibi arasında görüş olub
"AstraZeneca" Aİ-yə 50 milyon doza vaksin verməlidir - Məhkəmə hökmü
Azərbaycanda ilk jest dili lüğətinin veb-səhifəsinın hazırlanması işləri davam edir (FOTO)
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar üzrə İşçi Qrupunun növbəti iclası keçirilib
Avropadakı diaspor təşkilatlarının muzeyə virtual səyahət layihəsi həyata keçirilib (FOTO)
Dövlət Gömrük Komitəsinin sədri BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb (FOTO)
Azercell AVRO-2020-də yüksəkkeyfiyyətli mobil şəbəkə təqdim edir!
Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb
Milli Məclisin növbədənkənar iclasının vaxtı və gündəliyi məlum olub
İranda səs verən seçicilərin sayı 14 milyon nəfəri keçib
Şəhid zabitin xatirəsi təhsil aldığı Cəmşid Naxçıvanski adına Hərbi Liseydə yad olunub (FOTO/VİDEO)
Antonio Quterreş ikinci dəfə BMT baş katibi vəzifəsinə seçilib
Siyasi partiyaların Şuşa Bəyannaməsi ilə bağlı bəyanatı, Ermənistanda seçkiqabağı son vəziyyət... – “Əsas məsələ”də MÜZAKİRƏ (FOTO)
Bakıda avtobus minik maşını ilə toqquşub, xəsarət alan var
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları təltif edilib - SƏRƏNCAM
İşğaldan azad edilmiş ərazilərdə inventarlaşdırılan obyektlərin sayı açıqlandı
Bakıda daha bir yol təmir olunub (FOTO)
Qazaxıstan Azərbaycanla miqrasiya üzrə qanunu ratifikasiya edib
Mingəçevir Dövlət Universitetində növbəti “Açıq qapı” günü keçirilib (FOTO)
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 148 nəfər COVID-19-dan sağalıb, 60 nəfər yoluxub, 2 nəfər vəfat edib
“PAŞA Bank” ilə Bakı Dövlət Universiteti arasında əməkdaşlıq Memorandumu imzalanıb
Əlilliyi olan şəxslər üçün Virtual İnnovasiyalar Parkı yaradılır
İranda seçici aktivliyinin ilk nəticələri açıqlanıb
Nabranda meşədə baş verən yanğın söndürülüb (VİDEO)
Polis maska ilə bağlı qapalı məkanlarda reyd keçirib (FOTO/VİDEO)
Hesab.az-dan Visa kart sahiblərini qazandıran növbəti kampaniya!
Efiopiyanın dövlət başçısından Prezident İlham Əliyevə təbrik məktubu gəlib
Kəlbəcərdə göldə batan hərbçinin meyiti tapılıb
Nüvədi kəndi qanunsuz olaraq Ermənistana verilib, biz qayıdıb orada yaşamaq istəyirik - Əmir Əliyev
İlin sonunda müəllimlərin sertifikatlaşdırılması aparılacaq - QAYDALAR (FOTO)
İƏT Modeli proqramının Azərbaycan üzrə mərhələsi öz işini bitirdi (FOTO)
“Mediada islahatlara doğru” mövzusunda silsilə seminarlar davam edir (FOTO)
ICESCO və AZƏRTAC media sahəsində Əməkdaşlıq Memorandumu imzalayıb
UFAZ-da Alexander Wattinin fransız dilində nəşr olunmuş "Cənub-qərb maquislərindən I fransız ordusuna qədər" kitabının təqdimatı keçirilib (FOTO)
Tərtərdə baş verən qətlə xəyanət səbəb olub - TƏFƏRRÜAT
Dövlət Xidməti hərbi xidmət çağırışçılarına müraciət edib
Azərbaycan Türkiyənin aparıcı şirkəti ilə Anlaşma Memorandumu imzalayıb (FOTO) (ƏLAVƏ OLUNUB)
Oğuzda 3 tondan artıq çətənə kolu məhv edilib (FOTO/VİDEO)
Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində xorvatiyalı həmkarı ilə görüşüb
UNEC-in şəhid məzununun diplomu ad günündə məzarı önündə təqdim edildi (FOTO)
“Nizami Gəncəvi” adlı beynəlxalq onlayn konfrans keçirilib (FOTO)
Kaliforniya ştatında fövqəladə vəziyyət elan edilib
SSL sertifikat lazımdır?
İlahiyyat İnstitutunda “Fəlsəfənin əhəmiyyəti və onun sosial həyatdakı rolu” mövzusunda vebinar keçirilib (FOTO)
Türkiyə-Azərbaycan dostluq, qardaşlıq münasibətləri regionun gələcək inkişafı baxımından olduqca önəmlidir - Tamam Cəfərova
Bu ilin 5 ayında 15 minə yaxın şəxsə əlillik təyin edilib
Gömrük postunda külli miqdarda aksiz markasız siqaret aşkarlanıb (VİDEO)
AstraZeneca vaksini məhdud sayda olduğundan 60 yaşdan yuxarı şəxslərə vurulur - TƏBİB
Vaksin olunan şəxs bol maye qəbul etməli və fiziki iş görməməlidir - Həkim-infeksionist
"SOCAR Türkiyə" yeni neft-kimya layihəsi ilə bağlı danışıqlar aparır
“Anadolu Qartalı - 2021” beynəlxalq təliminə hazırlıq brifinqi təqdim olunub (FOTO)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda “Intercontinental” otelinin açılışında iştirak edib (FOTO/VİDEO) (YENİLƏNİB)
Anticisim yaranmayanlara peyvəndin üçüncü dozası da vurula bilər
İki güləşçimiz Avropa çempionatının 1/4 finalında
Vaksin olunan şəxslərdə immunitetin neçə müddət olacağı məlum deyil - TƏBİB
Mərkəzi Gömrük Hospitalında tibb işçilərinin peşə bayramına həsr edilmiş tədbir keçirilib (FOTO)
Bölgənin sürətli inkişafına zəmin yaradan zəfər
Laçın və Kəlbəcəri minalayan erməni polkovnik beynəlxalq axtarışa verildi
Ödənişləri mobil tətbiqlə et, 10% kəşbək qazan!
Azad zonalar Azərbaycan iqtisadiyyatına kapitalın cəlb olunmasına xidmət edəcək
“AccessBank” tender elan edir
Suriyadan qaytarılan qadın və uşaqlar reabilitasiyaya cəlb olunublar
Meksika səfiri Seysmoloji Xidmət Mərkəzində olub
Avropa Şurası Azərbaycanda bələdiyyə sahəsindəki irəliləyişləri alqışlayıb
Rusiya Qarabağla bağlı Azərbaycan, Türkiyə və Ermənistanla sıx təmasdadır - Peskov
Azərbaycanda məcburi enerji auditi keçiriləcək
Bütün xəbərlər