...

Mina terrorunun daha bir qurbanı: Bu ərazilərə icazəsiz getməyin! - Trend TV-nin REPORTAJI

Cəmiyyət Materials 11 May 2021 09:56 (UTC +04:00)
Mina terrorunun daha bir qurbanı: Bu ərazilərə icazəsiz getməyin! - Trend TV-nin REPORTAJI

Tərtər. Aslan Məmmədli - Trend:

44 günlük Vətən Mühribəsi Ermənistanın hərbi kapitulyasiyası ilə başa çatıb. Lakin mənfur düşmənin uzun illər işğalda saxladığı torpaqlarımızı kütləvi minalaması müharibədən sonra da xeyli mülki vətəndaşımızın ölməsi və ya ağır yaralanması ilə nəticələnir.

Bir sözlə, düşmənin terroru davam edir. Azərbaycan vətəndaşlarının ərazilərə icazəsiz keçməsi isə vəziyyəti daha da gərginləşdirir. Bəzən insanlar ata-baba yurdunu, dogma torpağını ziyarət etmək üçün bu ərazilərə qanunsuz səfərlər edirlər. Bunun nəticəsi isə ağır olur. Düşmənin ərazilərə kütləvi şəkildə basdırdığı minalara düşənlər ən yaxşı halda ömürlük əlil qalırlar.

Düşmənin mina terrorunun qurbanlarından biri də Niyaməddin Verdiyevdir. N.Verdiyev 1976-cı ildə Tərtərin Borsunlu kəndində anadan olub. Bu ilin fevralın 22-də doğulduğu kəndin ərazisində keçmiş erməni mövqelərinə yaxın otlaq sahədə heyvan otararkən minaya düşüb. Ayağını itirən Niyaməddin indi etdiyi ehtiyatsızlıqdan peşmandır. Tərtər sakini vətəndaşlarımızdan, xüsusilə də əslən Qarabağdan olan insanlara son dərəcə diqqətli olmağı, bu ərazilərə icazəsiz səfərlərdən çəkinməyi tövsiyə edir. Trend TV-nin mina qurbanının evindən hazırladığı videoreportajı təqdim edirik.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti