...

Mingəçevir Dövlət Universitetinin tələbələri təcrübələrini uğurla davam etdirirlər (FOTO)

Cəmiyyət Materials 11 May 2021 12:25 (UTC +04:00)
Mingəçevir Dövlət Universitetinin tələbələri təcrübələrini uğurla davam etdirirlər (FOTO)

Bakı. Trend:

Mingəçevir Dövlət Universitetinin (MDU) Pedaqoji fakültəsinin “Məktəbəqədər təlim və tərbiyə” ixtisası üzrə təhsil alan sonuncu kurs tələbələri tədris planına uyğun olaraq Mingəçevir şəhərinin müxtəlif ümumtəhsil məktəblərində, körpələr evi-uşaq bağçalarında təcrübə keçirlər.

Mingəçevir şəhərində yerləşən 10 saylı “Qərənfil” körpələr evi-uşaq bağçasında təcrübə keçən MDU-nun tələbələri yeni təlim metodlarından istifadə etməklə tərbiyəçi-müəllimlər ilə birlikdə maraqlı tədbirlər həyata keçiriblər. Tələbələr uşaqlara “Tıq-tıq xanım” nağılının motivləri əsasında səhnəcik nümayiş etdiriblər.

Qeyd edək ki, pandemiya şəraitinin mövcud qaydalarına uyğun şəkildə tələbələrin istehsalat təcrübəsində yüksək səviyyədə iştirakının təmin edilməsi MDU-da diqqət mərkəzində saxlanılır

Məqalədə:
Xəbər lenti

Xəbər lenti