...

Bakıda orta məktəblərdə tədris necə təşkil edilir? - BŞTİ-dən AÇIQLAMA

Cəmiyyət Materials 19 May 2021 16:59 (UTC +04:00)
Bakıda orta məktəblərdə tədris necə təşkil edilir? - BŞTİ-dən AÇIQLAMA

Bakı. Elçin Mehdiyev – Trend:

Bakıda orta məktəblərdə I-IX siniflərdə hibrid formada tədris aparılır. Ümumilikdə distant dərs zamanı şagirdlərin davamiyyətini qənaətbəxş hesab etmək olar.

Bunu Trend-ə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov deyib.

B.Məmmədov bildirib ki, ümumi təhsil müəssisələrində I-IX siniflər və məktəbəhazırlıq qrupları üzrə ənənəvi təhsil qismən bərpa olunub.

O qeyd edib ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki təhsil müəssisələrinin məktəbəhazırlıq mərhələsində və ümumi orta təhsil səviyyəsində (V-IX siniflərdə) həftədə 2 dəfə, ibtidai təhsil səviyyəsində (I-IV siniflərdə) həftədə 3 dəfə, xüsusi məktəblərdə (I-IX siniflərdə) isə həftədə 5 dəfə, məktəbdənkənar təhsil müəssisələrində aşağı və orta yaş qruplarında (I-IX siniflər) dərnək məşğələləri həftədə 2 olmaqla əyani tədris təmin olunur. X-XI siniflərdə isə tədris distant formada davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti