...

Deputat Pərvin Kərimzadə Gəncədə növbəti dəfə seçiciləri ilə görüşüb (FOTO)

Cəmiyyət Materials 22 May 2021 12:50 (UTC +04:00)
Deputat Pərvin Kərimzadə Gəncədə növbəti dəfə seçiciləri ilə görüşüb (FOTO)

Bakı. Trend:

Karantin rejiminin tələbləri və sosial məsafə nəzərə alınmaqla təşkil olunan görüşdə millət vəkili seçicilərin arzu və təkliflərini dinləyib, problemləri ilə maraqlanıb.

Vətəndaşların məşğulluq, sosial məsələlərlə bağlı müraciətlərini dinləyən millət vəkili Pərvin Kərimzadə məsələnin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq addımların atılacağını bildirib.

Görüş zamanı deputata ünvanlanmış müraciətlərin bir qismi yerindəcə öz həllini tapıb, bəziləri isə aidiyyatı üzrə müvafiq qurumlara yönləndirilib, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti